Əhməd İmamquliyev beş məntəqədə 0 (sıfır) səs topladı
“Avropalı Gürcüstan”ın namizədi Əhməd
İmamquliyevə ən çox Mollaoğlu kəndində yerləşən 32 saylı məntəqədə
səs veriblər.
Burada o, 146 səs toplasa da, 309 nəfərin
etimadını qazanan Zaur Darğallı qalib olub. İmamquliyevə beş
məntəqədə ümumiyyətlə səs verən olmayıb.
Bunlar Çanaxçı kəndindəki 17 saylı, Ulaşlı kəndindəki 25 saylı,
Opretidəki 28 saylı, Güllübağdakı 63 saylı və Şaumyanidəki 71 saylı
məntəqələrdir.