Birbaşa qayda ilə seçilmiş Marneulinin üç meri
Zaur Darğallı birbaşa qayda ilə seçilmiş üçüncü merdir. Ancaq indiyə kimi Marneulinin etnik azlıq nümayəndəsi olan rəhbəri olmayıb.

Zaur Darğallı Marneulilidir. Onun 30 yaşı var, ingilis dili mütəxəssisidir, həyat yoldaşı və iki övladı var. 2013-cü ildən “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın üzvüdür. Siyasi karyeraya partiyanın gənc qanadlarına rəhbərlik etməklə başlayıb.

Sonrakı pillə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının Kvemo Kartli nümayəndəsi idi. O, seçkiqabağı maratona qoşulana qədər Kvemo Kartlidə qubernator müavini vəzifəsini tutub.

Seçkiqabağı çox sayda vədlər oldu, həmçinin, qeyri-gürcü dilli əhali üçün bələdiyyədə gedən haidsələrin əlçatanlığı və meriyanın işinə qoşulması məqsədi ilə Marneuli meriyasında xüsusi xidmətin yaradılması, uşaq bağçaları və idman meydançalarının inşası, kəndlərdə daxili yolların, bayır işıqlandırmasının və içməli su probleminin həlli və başqa çox sayda digər vədlər də oldu.



Başqaları da bu kimi vədlərlə gəlirdilər. Merab Topçişvili və Temur Abazovun da arxasında partiya dururdu. Qərar verdik ki, onların merliyi dövründə, onların uğurları və uğursuqlarını xatırlayaq.

Merab Topçişvili 2014-cü ilin özünüidarəetmə seçkilərdinə Marneulinin icra başçısı oldu. Həmçinin, onun namizədliyini “Gürcü Arzusu” təqdimatdan bir neçə gün ərzində geri çəkdi, sonra yenidən geri qaytardı.



Topçişvilinin adı bələdiyyədə iki əhəmiyyətli layihə “Vətəndaş Büdcəsi” və “One Caucasus”la bağlıdır.

“Vətəndaş Büdcəsi” layihəsi çərçivəsində əhali öz kəndində mövcud olan infrastruktur problemlərini həll edə bilərdi. “One Caucasus” festivalı isə Marneulid, Tserakvi kəndində dörd il ərzində keçirilirdi.

Hər il oraya yerli və xarici könüllülər gəlir festival şəhərciyi qururdular ki, Marneulililər və Cənubi Qafqaz xalqlarının vaxt keçirmək üçün məkanı olsun. Tserakvidə gənclər musiqi dinləyir, istirahət edir və qonşuların mədəniyyətini öyrənirdilər. Hazırda Marneulidə bu layihələrin heç biri həyata keçirilmir.

Marneuli bələdiyyəsinin icra başçısı vəzifəsini Topçişvili 3 il ərzində daşıyırdı.

2017-ci ildə özünüidarəetmə seçkilərində Marneulinin meri Temur Abazov oldu.



O, zaman da “Gürcü Arzusu”nun başqa namizədi var idi – Marneuli bələdiyyə məclisinin bugünkü rəhbəri Amiran Qiorqadze. Gözlənilmədən onun namizədliyini Temur Abazovla əvəz etdilər. Həm də elə əvəz etdilər ki, Qiorqadze bu haqda heç nə bilmirdi. Dəyişiklik xəbərini o, "Marneuli" radiosunun jurnalistlərindən eşitdi. Onun namizədliyinin dəsyişdirilməsi Tbilisidə, “Gürcü Arzusunun” Mərkəzi ofisinin qarşısında etiraz aksiyalarına səbəb oldu.


Birbaşa qayda ilə seçilmiş Marneulinin ikinci meri Temur Abazov DİN-nin əməkdaı idi. O, Gürcüstanın Azərbaycandakı səfirliyinin DİN-nin ataşesi vəzifəsini tuturdu. Abazov bir aylıq seçkiqabağı kampaniyanın nəticəsində MSK-nın göstəriciləri ilə səslərin 71%-ni topladı.

Onun ilk iş günü və Qaçağan kəndindəs səfəri böyük narazlılğa səbəb oldu. Görüş yalnız kişilərlə keçirildi. Mer hesab edirdi ki, qadınlar “bu zaman xörək hazırlayırdılar”. Bu ifadə cəmiyyətin bir hissəsini qıcıqlandırdı. O zamankı Xalq Müdafiəçisi, Uça Nanuaşvili isə bunu seksist bəyanat adlandırdı.



Temur Abazovun adı Marneulidə küçə ticarəti ilə bağlıdır. O, alternativ yollar axtarmaq üçün küçə ticarətçilərinə vaxt verdi, ancaq başqa yollar tapmaq imkanını ona artqı vermədilər.

Marneuli merinə qarşı cinayət işi Gürcüstanın CM-nin 144.2-ci maddəsinin 2-ci hissəsinin "a" altbəndi ilə başladı. Maddə dövlət məmuru və ya ona bərabər olan şəxs tərəfindən təhqiredici və qeyri-insani rəftarı nəzərdə tutur. 6 sentyabrda Marneulinin meri Temur Abazovun ittihamı daha da ağırlaşdı və istintaqa 25, 157.1 maddəsinin birinnci və ikinci hissələri də əlavə olundur. Maddə şəxsi həyatı təsvir edən materialın əldə eidlməsi, təşkili, internet və sosial şəbəkələrdə yayılmasını nəzərəd tutur. Onun həbsindən sonra küçə ticarəi mövzusu meriyada artıq müzakirə olunmayıb.

Əhali ilə daha yaxın olmaq üçün Abazov öz maşını ilə Marneulidə mərkəzi meydana qədər gəlirdi və sonra bəllədiyyə nəqliyyatı ilə hərəkət edirdi.



Onun Marneulinin meriya əməkdaşlarının uniforma geyinməsi kimi istəyi var idi ki, əhali onların dövlət məmuru olduğunu asan seçsin və ünsiyyət qursun.

Marneulinin üçüncü merinin vaxtı çox azdır, təqribən iki il yarım, 2021-ci ildə yerli özünüidarəetmə seçkilərinə qədər vaxt var. Marneulilərin isə ehtiyacı çoxdur və yüksək gözləntilər var. Zaur Darğallı mer vəzifəsini yerinə yetirməyə MSK-nın yekun cavabları elan etməsindən sonr başlayacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google