Marneulidə iki kəndin adı dəyişdirilib

Marneuli rayonunun Ulyanovka və Budyanovka kəndlərinin adı dəyişdirilib.

Ulyanovka kəndinə Verxviani, Budyanovka kəndində isə Medzamuli adı verilib.

Bu haqda bu gün, 21 mayda keçirilən bələdiyyə məclisinin iclasında qərar qəbul olunub.

Marneuli bəllədiyyə məclisi aparatının rəhbəro Nino Beridzenin bizimlə söhbət zamanı dediyinə görə kəndlərin adının dəyişdirilməsi sovet şurası simvoluna görə lazım olub.

“Marneuli bələdiyyəsində işçi qrupu yaradılıb və Marneuli bələdiyyəsinin icraçı və qanunverici orqanının üzvləri, eləcə də alimlər, professor və akademiklər oraya daxil edilmişdi ki, Sovet Şurası simvolları düzəldilsin. Simvollar Marneulidə hələ də qalmaqda idi” – Nino Beridze bildirib.

Bələdiyyə məclisi aparatının rəhbəri eləcə də qeyd eidb ki, Gürcüstan hökumərinin coğrafi adları üzrə komissiyası hələ yalnız Budyanovka və Ulyanovka kəndlərinə verilən adları qəbul edib.

Bələdiyyə məclisi tərəfindən bugünkü iclasda verdiyi qərar qanunvericiliyə güman ki, sabah yüklənəcək və nəticədə kəndlərin adları rəsmiləşəcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google