Marneuli bələdiyyə məclisinin üzvü Rəhim
Əsgərovun səlahiyyəti dayandırılıb.
Bu
haqda qərarı bələdiyyə məclisi 22 may tarixində baş tutan iclasda
qəbul edib. Əsgərovun səlahiyyətinin dayandırılma səbəbi onun ön
həbsdə olması ilə əlaqəlidir. Marneuli bələdiyyə məclisinin
əməkdaşı "VMH"-ın üzvü rüşvət götürmək faktı ilə bağlı 28 martda
saxlanılıb.
DİN-in məlumatına görə Kvemo Kartli polis Departamentinin
əməkdaşları aparılan əməliyyat nəticəsində rüşvət götürmək ittihamı
ilə Marneuli bələdiyyə məclisinin əməkdaşı və "VMH"-ın üzvü,
1976-cı il təvəllüdlü R.Ə. hakimin hökmü əsasında saxlayıb. Cinayət
6 ildan 9 ilə qədər həbs cəzasını nəzərdə tutur. İstintaq müəyyən
edib ki, bələsiyyə məclisinin əməkdaşı R.Ə. vətəndaş Ş.M.-dan 3000
lari dəyərində pul alaraq əvəzində dövlət srtukturunda işlə təmin
edəcəyinə dair vəd verib. Ş.M. qeyd olunan məbləğim yarısını 1500
larini əvvəlcədən verib və qalanını sonra verməli idi.
Ş.M. və R.Ə. razılaşaraq cari ilin 7 martında Marneuludə
görüşüblər. Ş.M. bələdiyyə məclisinin əməkdaşın 1500 lari verib,
qalan məbləği isə 20 martda verib.
Hüquq mühavizəçiləri R.Ə.-ni cari ilin 28 martında hakimin hökmü
əsasında Marneulidə saxlayıblar. İstintaq rüşvət götürmə faktı ilə
bağlı Gürcüstan Cinayyət Məcəlləsinin 338-ci maddəsinin 1-ci
hissəsi ilə gedir.