2018-2019-cu tədris ilində Marneuli
bələdiyyəsi miqyasında məktəbi 875 şagird
bitirib.
12-ci siniflər bu il buraxılış imtahanları vermədilər. Çünki
Gürcüstan Parlamenti 2019-cu ilin 8 aprelində üçüncü oxunuşda
“ümumtəhsil haqqında” qanuna daxil olunacaq dəyişiklikləri
dəstəklədi və təsdiq etdi. Dəyişikliklər məktəbin yekun
siniflərində attestat imtahanlarının ləğv olunmasını nəzərdə
tuturdu.
2017-2018-ci tədris ilində isə məzunlar attestat imtahanını tam bir
il əvvəl, 2018-ci ilin 24 mayında bitiriblər. Keçən il məktəbi 1
075 şagird bitirib, bu ilki məzunlarla müqayisədə 200 şagird
artıqdır.