Zaur Darğallı Qasımlı kənd sakinləri ilə görüş keçirib
Bu
gün, 19 iyul tarixində Marneuli meri Zaur Darğallı Qasımlı kəndində
sakinlərlə görüş keçirib.
Zaur Darğallı kənddə yerləşən idman klubunun son vəziyyəti ilə
tanış olub.
Görüş zamanı Qasımlı kənd sakinləri içməli su problemi, zibil
qutularının olmamasından şikayətləniblər. Həmçinin sakinlər
təqaüdlərinin gec köçməsindən də narahat olduqlarını
bildiriblər.
Zaur Darğallı qeyd edib ki, kənddə daha geniş şəkildə görüş təşkil
edəcək və problemlərlə daha ətraflı tanış olacaq.