Seyidi-Qocalı və Axlı-Lələ kəndlərinə yol çəkilir
Seyidi-Qocalı
kənd sakinləri illərdir ki, kələ-kötür, çınqıllı yoldan istifadə
etməli olurdular. Yolların yararsız vəziyyətdə olması sakinləri
narahat edirdi.
Bu
yoldan istifadə etmək bəzən vaxt itkisinə də səbəb olurdu.
Sakinlərin şikayəti əsasında artıq bir həftəyə yaxındır ki, yolun
təmir işlərinə başlanılıb.
“Artıq bir həftədir ki, yol çəkilir. Kənddə əsas
problem yol problemiydi o da həll olunur, işləyirlər. Kəndin bəzi
küçələrində yol kənarlarında işıqlar yoxdur bu problem də yezliklə
aradan qalxsa çox sevinərik” – Seyidi-Qocalı kənd
sakini deyir
Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi
tərəfindən elan edilmiş tenderə əsasən bələdiyyənin 9 iyulda
müqavilə bağladığı “Ktsia” şirkəti Axlı-Lələ kəndində daxili yolu
və Seyidi-Qocalı kəndinə gedən yola asflat qatının çəkilməsi
işlərini həyata keçirməlidir.
Bələdiyyə qeyd olunan işlərin həyata keçirilməsi üçün 682 815 lari
xərcləyəcək Meriya və “Ktsia” arasında bağlanmış müqaviləyə əsasən
şirkət asfalt qatı çəkmə işlərini müqavilə bağlandıqdan 60 gün
ərzində, yəni 7 sentyabra qədər həyata keçirməlidir.