Marneuli Mədəniyyət Evində Samir Durmuşova dəstək üçün xeyriyyə konserti keçiriləcək
25 iyul tarixində, Marneuli Mədəniyyət evində saat 18:00-da Marneulili müğənni Şaban Məmmədovun təşəbbüsü ilə Samir Durmuşova dəstək üçün xeyriyyə konserti keçiriləcək.

Konsert zamanı Şaban Məmmədov iştirakçılara canlı ifalarını təqdim edəcək. Konsertdə iştirak etmək üçün biletləri Marneulidə yerləşən Melody şirniyyat evindən əldə edə bilər həmçinin +995 555333438 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Biletlərin qiyməti 20 laridir.

Xatırladaq ki, 25 yaşlı Samir Durmuşov Qızılhacılı kəndində yaşayır. O, 3 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir. S.Durmuşova böyrək köçürülməsi üçün 70 000 dollar məbləğində pul lazımdır və xarici ölkədə əməliyyat olunmalıdır. Lakin onun bu məbləği ödəməyə imkanı yoxdur.

Gürcüstandan yardım etmək istəyənlər üçün hesab nömrəsi

GE29BG0000000160979451
Murguzova Zargalam


Azərbayacandan yardım etmək istəyənlər üçün

10846289
Zeynalov Renat

Rusiyadan yardım etmək istəyənlər üçün

427521757032242
шамилов Денис


Ukraynadan yardım etmək istəyənlər üçün

4149629384950994
Багирова Aйнур





Print ელ. ფოსტა
FaceBook Twitter Google