Marneulidə avqust müharibəsinin on birinci illiyi ilə bağlı hansı tədbirlər planlaşdırılır

Marneuli meriyasında Avqust müharibəsinin on birinci ildönümü ilə bağlı tədbirlər planlaşdırılır.

Bələdiyyədən “Marneuli” radiosuna verilən məlumata görə, 8 avqust tarixində saat 12-dən Gürcüstanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olan Marneulili əsgərlərin memorialı qarşısında təqdimat olacaq. Avqust müharibəsini təsvir edən stend qurulacaq. Avqust müharibəsinin on ikinci ildönümü ilə bağlı sahə qurulacaq:

•Saat 12:30-da Marneuli yerli özünüidarəsinin və meriyanın rəhbər şəxsləri hərbçilərin memorialına əklil qoyacaq və onların xatirəsini yad edəcəklər.

•Müharibədə həlak olan əsgərlərin xatirəsinə hörmət əlaməti olaraq kiçik proqram təqdim olunacaq. Proqramda yerli gənclər, müharibədə həlak olanların ailə üzvləri iştirak edəcəklər. Müharibə iştirakçısı olan qəhrəmanları yad edəcəklər və onların həyat hekayələrini xatırlayacaqlar. Müharibəni təsvir edən sənədli materiallardan fraqmentlər oxunacaq və video kadrlar nümayiş olunacaq.

Marneuli meriyasının təşəbbüsü ilə Abxaziya və Samaçablo müharibəsində ölən 8 ailəyə hər birinə 500 lari olmaqla pul veriləcək.

"Marneuli" Radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები