Marneulidə oğurluq - Ailənin dediyinə görə külli miqdarda pul oğurlanıb
Bu
gün, 28 sentyabr tarixində saat 11:00 radələrində Marneuli rayonu
Mazniaşvili küçəsində oğurluq hadisəsi baş verib.
Hadisə zamanı qızıl zinət əşyaları və 15 000 lari məbləğində pul
oğurlanıb. Zərərçəkən ailənin üzvünün "Marneuli" radiosuna verdiyi
məlumata görə, səhər saat 10:06-da ailənin üzvləri evdən çıxaraq
işə yollanıblar. Təxminən 45 dəqiqə sonra ev sahibi qayıtdığında
evinin pəncərəsinin açıq olduğunu görüb. O, otağa daxil olduğunda
döşəmədə çirkli ayaq izlərini görüb. Ev sahibi dərhal polisə zəng
edib. Hadisə yerinə polis əməkdaşları və ekspertlər cəlb
olunub.
"Səhər 11-ə işləmiş yoldaşım məni işə apardı. 45 dəqiqə
ancaq keçmişdi, yoldaşım çörək alıb evə qayıdıb və mənə zəng vurdu
ki, evə oğru girib. Evdən qızıl əşyaları və 15000 lari oğurlanıb.
Qapılar bağlıydı, ayağı palçıqlı mətbəxin pəncərəsindən içəri otağa
keçiblər. Yoldaşımın gəldiyini eşitdikdə pəncərədən bağa düşərək
qaçıblar. Evdə heç kim yox idi. Kimdirsə işə getdiyimi, qayıtdığım
vaxtı dəqiq bilirmiş", - ev sahibi deyir.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
əsasən, başqasının mənzilinə qanunsuz girmə yolu ilə oğurluq
faktına görə 177-ci maddənin 3-cü hissəsinin (c) maddəsi ilə
istintaq davam edir.