Uzun bir fasilədən sonra "Zarafat kolleksiyası" qayıdır
Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissor Anar Rafiqoğlunun “Stand up” komediyası qayıdır.

Xeyriyyə məqsədi ilə baş tutacaq Stand up komediyasının noyabr ayında tamaşaçılara təqdimatı planlaşdırılır. “Marneuli” radiosu ilə müsahibəsi zamanı Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissoru Anar Rafioğlunun sözlərinə görə, tamaşa noyabr ayına təsadüf edəcək və Tbilisidə “Xorova” teatrında baş tutacaq. Aktyor həmçinin qeyd etdi ki. Stand up komediyasında daha çox cəmiyyətin marağını çəkəcək mövzular və tənqidi zarafatlar yer alacaq.

“Biz bu səfər böyük bir zal planlaşdırmışıq. Hər dəfə Zarafat kolleksiyamız Atoneli teatrında keçirilirdi. O da 90-100 nəfər tutur. Amma bu səfər Xorova teatrını seçmişik 350 nəfər üçün nəzərdə tutulub. Bu səfər böyük tamaşa göstərəcəyik. Bu səfər daha çox tənqidi zarafatlar olacaq sosial və qlobal mesajlar verəcəyik. Sadəcə insanlar gülüb getməyəcəklər və eyni zamanda mənalı mesajlar eşidəcəklər”, - deyə Rafiqoğlu bildirdi.

Aktyorun sözlərinə görə, “Era” teatrında tamaşalara daha çox zaman ayırdığına görə son zamanlar “Stand up” komediyasına fasilə verməli olub. Bu müddət ərzində isə tamaşaçılar tərəfindən Stand up-a tələbat çox olub.

“Təxminən 2015-ci ildən Zarafat kolleksiyası adı ilə fəaliyyət göstəririk. Stand up-a fasilə verdikdən sonra tamaşaçılar düşünürdülər ki, biz adımızı dəyişdirəcəyik, amma son bir dəfə yenə Zarafat kolleksiyası olaraq tamaşa göstərəcəyik. Bu o demək deyil ki, son Stand up komediyası olacaq xeyr, sadəcə 4 ildən sonra gələcək üçün adımızı dəyişməyi düşünürük”, - Anar Rafiqoğlu dedi.

Rafiqoğlu bildirdi ki, “Stand up” komediyası bu il xeyriyyə məqsədi ilə keçiriləcək. O, deyir ki, bilet satışı zamanı əldə olunan məbləğ Gürcüstanın dövlət universitetlərində təhsil alan bir neçə tələbənin hər hansı ehtiyacını qarşılamaq üçün sərf olunacaq.

“Tamaşamız xeyriyyə status da daşıyacaq. Bu tamaşada siyasətçilər də yer alacaq. Düşünürəm ki, siyasətçilər daha çox bilet alaraq tələbələrə az da olsa kömək edə bilərlər. Biz sadəcə çalışacağıq ki, tələbələr dəstək olaq”,
- aktyor qeyd etdi.

A.Rafiqoğlu əlavə etdi ki, Stand up komediyasının baş tutacağı tarix rəsmi olaraq təsdiqləndikdə bu haqda tamaşaçılara məlumat verəcəklər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google