Ömrünün 58 ilini təhsilə həsr edən müəllim - Mahal Eminov
Mahal Eminov Mustafa oğlu 27 dekabr, 1937-ci ildə
Marneuli rayonunun 1-ci Kosalı kəndində kolxozcu ailəsində anadan
olub.
O, 1944-cü ildə 1-ci Kosalı natamam orta məktəbinin 1-ci sinifinə
gedib. M.Eminov məktəbi bitirdikdən sonra Azərbaycan
respublikasının Qazax rayonunun Şıxlı ictimai məktəbində təhsilini
davam etdirib. Orta təhsilini başa vurduqdan sonra o, bir il
kəntdəki kolxozda çalışıb təcrübə qazandıqdan sonra, Tbilisidə,
A.İ.Puşkin adına Pedaqoji İnstitunun tarix və azərbaycan dili
ədabiyyatı fakultəsinə daxil olur.
Mahal Eminov təhsil aldığı zamanlar inistitutda nümunəvi tələbə
kimi ictimai işlərdə də fəal çalışıb. Ali məktəbi əla qiymətlərlə
bitirən Eminov 1961-1962-ci ildə, Kosalı natamam orta məktəbinə
tarix müəllimi kimi göndərilib.
Mahal müəllim məktəbdə dərs deməklə kifayətlənmir. O, kəndin
ictimai-mədəni işlərində fəal iştirak edir. Kolxoz fəhlələrinin
qarşısında şagirdlərin iştirakı ilə bir neçə dram əsərlərini
tamaşaya qoymuşdur. M.F.Axundovun “Hacı Qara” və S.vurğunun
“Vaqif’’dramı bu gün də yaşlı nəslin nümayəndələrinin
yaddaşındadır. O, 1965-ci ildə təhsildən vaxtı ilə yayınmış
gəncləri təşkil etdiyi fəhlə gənclər məktəbinə cəlb etmişdir.
1981-ilin Aprel ayından 2007-ci ilin oktyabr ayınadək o, Kosalı
ictimai məktəbinə direktor təyin olunur. Mahal Eminov bəlkə yeganə
müəllimdir ki, Marneuli rayonundan Gürcüstan müəllimlər qurultayına
iki dəfə nümayəndə seçilib. Onun zəhməti dövlət tərəfindən dəfələrə
fəxri fərmanlarla, diplomlarla, hədiyyələrlə
qiymətləndirilmişdir.
M.Eminov həm də gözəl ailə başcısı olub. İki oğul və iki qız övladı
böyüdüb boya başa çatdırıb. Övladlarının 3-ü ali təhsil alıb, biri
isə orta ixtisasa sahib olub. Eminov 2007-ci ilin oktyabrında
direktor vəzifəsindən ayrıldıqdan sonra həmin məktəbdə ömrünün son
günlərinə qədər şərəflə çalışmış və öz müəllim yoldaşlarına nümunə
olmuşdur.
Kosalı kəndinin sayılıb, seçilən müəllimlərindən olan Mahal Eminov
2019-cu ilin 17 sentyabr tarixində dünyasını dəyişib. Onun həyatı
və gördüyü işlər haqında çox şey yazmaq olar. Mahal Eminovun nurlu
həyatı, şərəfli ömür yolu bir mayak kimi onu tanyanları gələcəyə
səsləyir. O, əzizlərinin ,həmkəndlilərinin və həmkarlarının
qəlbində daima yaşayacaq!
Müəllif: Semral
İlqarov