Şaban Məmmədov Gran-Pri mükafatına layiq görülüb
Marneulili müğənni Şaban Məmmədov növbəti dəfə Gran-Pri mükafatına layiq görülüb.

Azərbaycan, İsrail,Ukrayina, Almaniya və Ermənistandan olan yarışmaçıların iştirakı ilə 5 və 6 oktyabr tarixlərində, Rustavi şəhərində keçirilən Beynəlxalq Əlillər festivalında, Gürcüstanı təmsil edən Şaban Məmmədov solo ifası ilə festivalın qalibi elan olunub.

Şaban Məmmədova Gran-Pri mükafatını Rustavi şəhərinin meri İrakli Tabağua təqdim edib. Festivalın sonunda isə Gürcüstan Respublikasının dövlət himni səsləndirilib.








Print ელ. ფოსტა
FaceBook Twitter Google