Marneuli məktəb direktorlarının bir hissəsinin sözlərinə görə erkən evlilik yalnız keçmişdə baş verirmiş
Qardabani Bələdiyyəsinin Təzəkənd kəndində yaşayan, erkən evliliyə etiraz edən Coğrafiya müəlliminə ictimai şəkildə üzr istədiblər və videonu sosial şəbəkədə paylaşıblar. Müəllim Facebook paylaşımında şagirdi olan qızın qaçırılması faktını qeyd edib.

Daxili İşlər Nazirliyinin 2018-ci ilin 9 ayı ərzində olan göstəricisinə əsasən erkən evliliklə bağlı ən yüksək göstərici Marneulidədir. Faktla bağlı müraciət edilmənin ən aşağı göstərici isə məktəblərdə qeydə alınır (3%). Məktəb rəhbərliyi çox hallarda bu kimi məsələləri gizlədir. "Marneuli" radiosu bir neçə ictimai məktəb seçdi. Direktorlara iki sualımız var idi – məktəbdə erkən evlilik halı olubmu və hansı tədbirlər görüblər.


-- Məktəbdə erkən evlilik halı olubmu və hansı tədbirlər görübsünüz? (Jurnalist)
-Xeyr, məktəbdə belə fakt baş verməyib. (Direktor)

Marneulinin 3 saylı ictimai məktəbinin direktoru Gülnara Darğallı deyir.

-- Məktəbdə rəhbərlik olaraq erkən evlilik faktı ilə qarşı-qarşıya qaldığınız hal olubmu? (Jurnalist)
- Xeyr, belə hal olmayıb. (Direktor)

Maradisi ictimai məktəbinin direktoru Ruslan Bolkvadze deyir.

-- Sizin məktəbdə erkən evlilik halı olubmu? (Jurnalist)
- Rus dilində danışmaq olarmı? (Direktor)
-- Gürcü dilində yazmaq istəyirdim. (Jurnalist)
- Gürcü dili müəlliməmiz var. (Direktor)
- Məktəbdə erkən evlilik halları baş veribmi deyə soruşur. (Direktor)

Direktor qeyd edir ki, belə hal olmayıb.

Lejbəddin ictimai məktəbinin direktoru Dursun İsmaylov deyir.

-- Sizin məktəbdə erkən evlilik halı olubmu? (Jurnalist)
- Son illərdə yox. (Direktor)
-- Bəs nə zaman baş verib? (Jurnalist)
- Lap əvvəl. 9-cu sinifdən məktəbdən çıxan zaman eşidirdim ki, evləniblər. 2007-ci ildə belə hallar olurdu. Son illər ərzində evlənmirlər. Valideyn uşağının sənədlərini məktəbdən götürürdü ki, təhsilini davam etdirmək üçün aparıram, mənim funksiyalarım orada heç nə edə bilmirdi.

Aşağı Saral ictimai məktəbinin direktori Nana Pakeliani deyir.

Aşağı Saral ictimai məktəbinin direktorunun 2012-ci ildən erkən evlilik hallarının olamaması halını təsdiqləməsinə baxmayaraq həmin kəndin sakini, gizliliyini qoruyaraq yazdığımız şəxs deyir ki, Aşağı Saral ictimai məktəbinin onuncu sinif şagirdi nişanlıdır.

“Mən bilirəm ki, Aşağı Saral ictimai məktəbində qız nişanlıdır və indi onuncu sinifdə oxuyur”.

2016-cı ildən məktəblərdə uşaqların qorunması üçün müarciət etmək mexanizmi qüvvədədir. Mexanizmin məqsədi ailədə və ondan kənarda uşağın hər hansı zorakılıqdan qorunmasına, müraciət prosedurlarının faydalı sistem olaraq formalaşdırılması yolu ilə dəstək olmaqdır.

Təhsil Nazirliyindən izah edirlər ki, əgər həddi-büluğa çatmamış şəxs evlənirsə/nigaha girirsə məktəb bu haqda Sosial Xidmət Nazirliyinə və Daxili İşlər Nazirliyinə bildirməyə məcburdur. Bu faktların monitorinqini və statsitikasını artıq bir neçə ildir ki, Təhsilin İdarəsi üzrə Məlumat Mərkəzi həyata keçirir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google