Şagirdinin qaçırılaraq zorakılıq qurbanı olmasına etiraz edən müəllimə aktiv gənclər dəstək oldular #MənHəmidəm
Qardabanili coğrafiya müəllimi Həmid Sadıqov sosial şəbəkədə paylaşım edərək əvvəllər dərs dediyi şagirdlərindən birinin qaçırıldığını yazmışdı.

O, şagirdinə qarşı olan zorakılığa etiraz etmiş və kəndin ağsaqqallarının toplaşaraq bu məsələni barış yolu ilə həll edəcəklərini yazmışdı. Onun bu etirazına kənd əhalisi qarşı çıxaraq tənqid və təhqir edib. Həmid Sadıqov kənd sakinlərinin istəyi ilə canlı yayımda kənd ağsaqqallarından üzr istəməli olub. Gənc müəllimin zorakılığa qarşı etdiyi etirazına görə, sakinlər tərəfindən tənqid və eləcə də təhqir olunması sosial şəbəkədə fəal gənclər tərəfindən birmənalı qarşılanmayıb. Marneulidən olan bir sıra fəal gənclər də #MənHəmidəm #Həmidətoxunma haşteqləri ilə paylaşım edərək ona dəstək olublar.



Fərqli olanlar, başqalarının alışdırılmış, guya normal birşeymiş kimi formalaşmış eyiblərini dilə gətirib, bunun əslində səhv olduğunu deyənlər həmişə qınaq nöqtəsi edilmiş və qaranlığın çoxluğuna görə işıqları söndürülmüşdür. Biz isə, haqqsızlığa susmayan, kütləvi qınaqdan qorxmayıb, baş qaldıran bu dəyərli varlığı belə əzən bir cəmiyyətik. Biz ümid qatilləriyik! - Yusib Nəsibov
#MənHəmidəm



Həmid bəyi öz məktəbində tanıdım və çox yaxşı yadımdadır ki, demişdim: “Keşkə mənimdə məktəbdə belə bir müəlimim olaydı”.
Təəsüf ki, biz müəllimlərin zorla qaçırılmış, sözün əsl mənasında təcavüz olunmuş şagirdlərin toyuna gedib, oturub yeyib-içib, gülüb, “xoşbəxt olsunlar” dediyi cəmiyyətdə yaşayırıq. Bunlara bizim cəmiyyətdə “əsl müəllim” deyirlər, lakin şagirdlərin ali təhsilli olmasını istəyən, onların xoşbəxtliyi üçün mübarizə aparan müəllimlər “tərbiyyəsiz” adlandırılır.
Mən Həmidin yanındayam, bu haqsızlığa göz yummayan hər bir gənc Həmidin yanındadır - Gulia Nəbiyeva
#MənHəmidəm



İllərdir regionda aktiv, tənqidi düşünən, haqqı deyən və sistemi dəyişmək istəyən gənclər həmişə sındırılmağa calışılır. Regionda baş verən siyasi proseslərə aktiv şəkildə baş qaldıran, var olan diskriminasiyayı açıq şəkildə ifadə edən gəncləri Dövlət Təhlükəsizlik Xidməti (KGB) tərəfindən həmişə neytrallaşdırmağa, nüfuzdan salınmağa və sındırılmağa calışılır. Bugünə kimi də bir çox aktiv gənc müxtəlif yollarla sındırılıb və susdurulub.

Həmid də həmin aktiv, tənqidi düşünən və sistemə baş qaldıran gənclərdəndir. Bu baş verən proseslərdə sakrebulo deputatının aktiv iştirakı ortaya bir çox suallar çıxarır. Yaranın prosesdən maksimum istifadə edərək gəncləri sındırmağa və susdurulmağa calışılır. Sistemin, hakimiyyətin, "KGB"-nin artıq heç bir gənci sındırmasına, gözdən salmasına izin verməməliyik!

#MənHəmidəm #MüəlliməToxunma



Müəllim sözünü heç bir sözlə əvəz etmək olmaz.
Çünki biz insanların gələcəyi onların əlindədir.
Çünki onlar bizi gələcəyə hazırlayırlar.
Bir milləti yox etmək istəyirsənsə onun müəllimini və həkimini ilk öncə yox etməlisən. Gerisi corab söküyü kimi gələcək.
Bir gün Mustafa Kamal Atatürkün köməkçisi yaxınlaşıb deyir ki, yüksək rütbəli məmurların əmək haqqını artırmaq lazımdır. O, isə cavabında deyir ki, elə edin müəllimin maaşından yüksək olmasın.
Biz müəllimlərə dəyər verməyi öyrənməliyik. Yoxsa dönüb arxaya baxanda peşman olacıq.
Onu da əlavə edim ki, zorla gözəllik olmur. Zorakılığa yox deyirəm.
#MüəlliməToxunma #MənHəmidəm



Müəllim olmaq sadəcə məktəbə gedib uşaqlara dərs keçmək deyil,
müəllim olmaq ictimai xadim olmaq deməkdir! Ətrafdakı haqsızlığa susmamaq deməkdir! Şagirdinin erkən ərə verilməsinə və zorla qaçırılmasına görə etirazını ən sərt formada bildirmək deməkdir ! Çox təssüf ki, belə müəllimlər çox deyil amma olanlarlada fəxr edirik, necəki bugün Həmid müəllimlə fəxr etdiyimiz kimi - Naşir Orduxanov
#MənHəmidəm



Millətimi çox sevirəm . Amma bu gün "siz " ədalətsizliyə qarşı çıxan bir müəllimi susdurdunuz və " sizdən " ibarət bir cəmiyyətin üzvü olduğum üçün utanıram və bütün mənliyimlə "sizdən" nifrət edirəm.
Mən Həmidi dəstəkləyirəm - Gülgün Məmmətxanova
#MənHəmidəm



Daha bir qızın "ZORLA" xəyallarını məhv edib, ümidlərini, arzularını ürəyində qoyan insanlara qarşı çıxan birinin hansı haqla, hansı səbəblə üzr istəməsini tələb edirsiniz?! Hər dəfə erkən evlilik qurbanı olan, zorla qaçırılan qızların talehini heç düşünürsünüzmü? Bəs onlardan kim üzr istəyəcək?! Böyüklük budur hə? Böyüklük bir qızın zorakılığa məruz qalmasını səssizcə izləməkdir hə?! Böyüklük sizdən fərqli olaraq zorakılıqla, arzu etmədiyi həyatı yaşayacaq olan tələbəsinə dəstək olan müəllimi alçaltmaqdır hə?! Başqa zaman müəllimi tərbiyə verən, doğru yol göstərən gözündə görürsüz! İndi nə dəyişdi bəs? sözün düzünü deyib deyəmi üzr istəyir?! Ay böyüklər bəs bir qızın xəyalını məhv edib, onu zorla qaçıran şəxs hardadır? Bəs o, kimdən üzr istəyəcək?!!!!! #MüəlliməToxunma #MənHəmidəm



Dilimiz və gücümüz "Həmidləri" qınamağa ve susdurub günahkar damğası vurmağa yetir. Çünki, o etiraz etdi, ferqli fikir bildirdi. Şübhəsiz qurban olmaliydi.
Cahilliyini aqressivliklə gizlədənlərin qəzəbinə bu haqsizlığa göz yuman "müəllimlər" tuş gəlməliydi. Vicdanı oyaq bir gənc deyil.
Sabiri qınadıq, Cəlilə gülüb keçdik, Həmidi də susdurduq (siz elə düşünün). Bəli, Həmid bu gün onların yarida qalan işilərini davam elətdirir. Yuxunuz şirin olsun dəyərdim, amma yuxunuza haram qatanlarin sayi çoxalmaqdadi və saqqallara hörmət dilənərkən qizlarimizin (gələcəyimizin) çürüməsinə göz yuma bilmərik. Mübarizə üsülumuz fərqli olsa da amalımız birdi. Yoldaşımıza edilən hörmətsizlik və təsir bizə də edilmişdir. Indi gəlin, mühakimə edib, bizi də susdurun!
#MənHəmidəm#



Print ელ. ფოსტა
FaceBook Twitter Google