Marneulinin Xuldərə kəndinin İctimai Mərkəzində polislə münasibətlərlə bağlı məlumat xarakterli görüş keçirilib

Bu gün, 23 yanvar tarixində Marneulinin Xuldərə kəndinin İctimai Mərkəzində polislə münasibətlərlə bağlı məlumat xarakterli görüş keçirilib.



İnsan Hüquqlarının Tədris və Monitorinq Mərkəzinin hüquqşünasları görüş iştirakçılarını şəxsin inzibati həbsi, şəxsin narkotik yoxlanması, sürücünün narkotik testdən keçməsi, polis tərəfindən şəxsin dindirilməsi və.s kimi məlumatlandırıblar.

"Marneuli" radiosu ilə söhbəti zamanı İnsan Hüquqlarının Tədrisi və Monitorinq Mərkəzinin (EMC) hüquqşünası Ana Nasrişvili deyib ki, görüşdə əsasən polis və vətəndaş arasında münasibətlər zamanı ən çox problemli olan mövzular müzakirə olunub.

“Polis hüququnda müxtəlif sahələrdə müxtəlif məsələlər aktualdır. Polis tədbirləri çox hallarda vətəndaşlarla münasibətdə istifadə olunur və bu görüşdə vətəndaşlar üçün aktual olan həmin məsələlərə diqqət yetirildi”-
Ana Nasrişvili.

EMC-nin hüquqşünası qeyd edib ki, əhalinin çox hallarda polislə münasibət zamanı hansı hüquqlarının olması haqqında məlumatı olmur. Onun sözlərinə görə, əhalinin məlumatsızlığının əsas səbəbi hüquq müəssisələrindən irəli gəlir, onlar çox vaxt əhaliyə hüquqları haqda məlumat verməkdən çəkinirlər.






 

Print ელ. ფოსტა
FaceBook Twitter Google