Marneuli və Hucabinin Yepiskopu EMC-nı, Samirə Bayramova və Şeyx Mirtağı Əsədovu etnik və dini zəmində mübahisə yaratmaqda ittiham edir

Marneuli və Hucabi Yepiskopu Qiorqi (Camdeliani) "İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi" (EMC), Samirə Bayramova və Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsini destruktv qüvvələr adlandırıb və onları dini və etnik zəmində qarşıdurma yaratmaqda ittiham.


“Onların hərəkəti həqiqətən də bizim xalqlar arasında etnik və dini zəmində qarşıdurma yaratmağa xidmət edir. Bu rayonda yaşayan bütün sakinlər dini inancına

baxmayaraq təsdiq edər ki, biz insanları razılığa, birliyə çağırırıq. Ölkədə fövəqladə vəziyyət və dünyada pandemiya elan olunanda, təxminən bir həftə əvvəl bizə məhkəmədən çağırış gəldi ki, onlar Marneuli bələdiyyəsini bizim yeparxiyanı maliyyələşdirdiyinə görə şikayət ediblər”,
— yepiskop Qiorqi bildirib.

Yepiskop Qiorqinin söhbət açdığı şikayət Marneuli bələdiyyəsinin büdcəsindən Marneuli və Hucabi Yeparxiyasının maliyyələşdirilməsi ilə bağlıdır. EMC bununla bağlı 2020-ci ilin fevral ayının əvvəlində məhkəməyə müraciət edib. Həmin vaxt ölkədə fövqəladə vəziyyət hələ elan edilməmişdi.

Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) "Marneuli" radiosuna bildirdi ki, İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi tək Marneulidə deyil, bütün Gürcüstan miqyasında çalışır ki, etnik və dini zəmində qarşıdurma yaratsın və onlar illər ərzində pravoslav kilsəsi ilə mübarizə aparırlar.

“Marneulidə yaşayan xristianları, eləcə də etnik azərbaycanlıları təxribata uymamağa çağırıram. Sakitliyi qoruyaq və bu çətin vaxtda bir-birimizlə razılaşaq”, – yepiskop Qiorqi deyir.

“İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzinin” (EMC) bərabərlik siyasəti proqramının direktoru Tamat Mikeladze "Marneul" radiosuna bildirdi ki, yepiskop Qiorqinin müzakirə və dəlil olmadan eyni rtiorikanı təkrar etdməsi təəssüf doğurur. Bu kimi ritorikaları ultrakonservativ qruplar, məsələn “Gürcü Marşı” və Levan Vasadzenin tərəfdarları aqressiv şəkildə onlara qarşı yayırlar. Mikelafze yepiskopa təklif edir ki, onların təşkilatı ilə görüşsün və onların özündən təşkilatın ideya və dəyərlərini eşitsin.“Bizim təşkilat insan hüquqları və sosial ədalətlə bağlı çalışır. Biz resurslarımız çərçivəsində çalışrıq ki, bütün hüququ pozulmuş sosial qrupların hüquq və maraqlarını qoruyaq. Onlar arasında ağır sənayedə çalışan, evsiz adamlar, fiziki imkanları məhdud olanlar, ağır hes tikintilərində risk altında yaşayan kəndlər, etnik azlıqlar, dini azlıqlar və.s də var. Bizim tələbimiz iqtisadi, mədəni, siyasi dominasiyadan azad və bərabər siyasi və sosial mühit tələb edən hər kəsə ədalətli davranmaqdır, bizim başqa ideyamız yoxdur”, – Tamta Mikeladze deyir.

EMC-nin bərabərlik siyasəti proqramının direktoru deyir ki, azlıqlara ədalətli mühit yaratmaq üçün bizim demokratik dövlətdə yaşadığmızı düşünməyimiz vacibdir. Demorkatik ölkədə etnik, dini və.s mənşəyindən asılı olmayaraq bütün sosial qrupların hüquqları, ehtiyacları və maraqları bərabər şəkildə əhəmiyyətlidir. O, hesab edir ki, etnik azlıqlara qarşı dövlət biganəlik göstərdiyinə görə dövlət daha çox resurs və xüsusi müsbət yanaşmalardan istifadə edərək onlara ədalətli mühit yaratmalıdır.

“Bizim fikrimiz budur ki, bələdiyyə büdcələri dini təşkilatlara dini məqsədlər üçün vəsait verməməlidir və bunu məhkəməyə şikayət edirik. Bəli, biz dini baxımdan neytral siyasət və büdcəmizin daha demokratik, bərabər və ədalətli siyasi mühit üçün olmasını istəyirik. Keçmişə qayıtsaq, bu ideyanı 1921-ci ilin Konstitusiyası da tanıyırdı. Başa düşmürəm bələdiyyə əhalisinin çoxu müsəlman olduğu halda özünüidarənin büdcəsindən xristian yeparxiyasına vəsait ayrılması fikri niyə belə çətin başa düşülür”, – Tamta Mikeladze deyir.

Mikeladze deyir ki, onların Marneuli küçələrinə dini su səpilməsini şikayətlə əlaqəsi yoxdur və ümid edir ki, Marneulililər bunu başa düşər.
Samirə Bayramova "Marneuli" radiosuna bildirib ki, onlar Marneuli və Hucabi yeparxiyasını şikayət etməyiblər.

“Təəssüf ki, şikayətin məzmununu bilmirlər. Biz yalnız dövlətdən ictimai maraqları və Konstitusional prinsipləri qorumasını tələb edirik. Mən Marneuli Hucabinin səhifəsində yalan məlumat gördüm və sosial şəbəkədə şərh yazdım, Hucabinin özü əhalini yanlış istiqamətləndirib. Orada nə küçələrə dini su səpilməsindən, nə də başqa mövzudan söhbət getmirdi. Ona görə də yaxşı olar ki, keşiş təfərrüatları dəqiqləşdirsin və elə bəyanat versin.”Mən şəxsən səhifədə yalan məlumat görəndə Qiorqi Camdelianiyə zəng vurdum. Təəssüf ki, cavab vermədi. Hamıdan xahiş edirəm ki, bu kimi bəyanatlardan çəkinsinlər”, — Samirə Bayramova deyir.

Samirə Bayramovanın sözlərinə görə, onların əsas tələbi odur ki, Marneuli bələdiyyəsində dini təşkilatların maliyyələşdirilməsi dayandırılsın və həmin məbləğ fiziki imkanları məhdid və başqa zəif qruplara xərclənsin.

Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin Şeyx Mirtağı Əsəsdov "Marneuli" radiosuna bildirir ki, Marneuli bələdiyyəsi Marneuli və Hucabi Eparxiyasına 400 000 lari ayırıb, müsəlman təşkilatlarına isə 10 000 lari verilir, bu ayrı-seçkilikdir.

“Biz öz ölkəmizdə – Gürcüstanda heç bir şəkildə dini ayrı-seçkiliyi dəstəkləmirik, sadəcə ədalətli yanaşma tələb edirik. Amma təəssüf ki, özümüz belə yanaşmaların qurbanı oluruq. Ancaq müsəlman dini təşkilatı olaraq dinlər və konfessiyaların dialoqu üçün ilk addım atan biz olduq, Mariamoba münasibəti ilə Marneulidə Tbilisinin əlimiz çatan kilsələrində təbrik əlaməti olaraq qızıl güllər paylamağa məhz ilk biz başladıq. Eləcə də dəfələrlə kilsədə çıxış etmişəm, dostluq və bərabərlikdən söhbət açmışam. Müxtəlif dini nümayəndələrin çətin anlarında yanında olmuşam”, — Seyid Mirtağı Əsədov deyir.

Mirtağı Əsədov bildirib ki, ölkədə çox problem var, bunu dinin və konfessiyaların nümayəndələri ilə yanaşı biz müsəlmanlar da hiss edirik.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google