Marneuli yerli özünüidarəsi 2021-ci il ərzində bələdiyyə
ərazisindəki sahibsiz itlərin sığınacağa aparılması xidməti üçün 42
360 lari xərcləməyi planlaşdırır.
Marneuli meriyası itlərin sığınacağa aparılması üçün tenderi 24
fevral tarixində elan edib. Tender sənədlərinə görə, qalib şirkət
bələdiyyə ərazisində bir il ərzində 353 it tutmalı olacaq. Onları
sığınacağa aparacaq və müayinədən sonra sterilizasiya, axtalama,
peyvənd və digər baytar xidmətləri göstərəcək. Şirkət qeyd olunan
proseduraların aparılmasından sonra qeydiyyatdan keçmiş itləri
yenidən həmin itləri tutduğu məkana, yəni Marneuli bələdiyyəsinə
qaytarmalı olacaq.
İllərdir ki, yerli özünüidarə bu kimi tenderlər elan edir. Ancaq
xərclənən pulun miqdarı heç vaxt 21 000 laridən artıq olmayıb.
2021-ci ildə də həmin miqdarda pul xərclənməsi planlaşdırılırdı.
Sonuncu – 2020-ci ilin 15 dekabrında elan edilmiş tender də bunu
göstərir. Həmin tender 2021-ci ildə həyata keçiriləcək işlər üçün
elan edilmişdi, ancaq həmin tender baş tutmamışdı.
Tenderdə yalnız bir şirkət iştirak edib. Meriya ona bir neçə səbəbə
görə tenderdən kənarlaşdırıb. Səbəblər arasında baytarlıq
ixtisasını təsdiq edən sənədin təqdim olunmaması da var.