Algetidə od çərşənbəsini qeyd edirlər - Video
Bu gün, 2 mart tarixində Algeti kəndində "od çərşənbəsi" qeyd olunub.

Çərşənbə - Novruz bayramından bir ay əvvəl qeyd olunan ənənədir.

Hər həftənin çərşənbə gününün öz qaydaları var və bu etnik azlıqların kimliyinin bir qismidir.

Algeti İcma Mərkəzinin rəhbəri Ayşən Qızbəsova "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, çərşənbə təbiətin oyanması ilə əlaqədardır və yazın gəlişi deməkdir.

Marneuli bələdiyyəsinin Algeti kəndində od çərşənbəsi mülki fəal Samirə Bayramova, Algeti İcma Mərkızinin rəhbəri Ayşən Qızbəsova və Görarxı Fondunun direktoru Mahir Quliyevin təşkilatçılığı ilə qeyd olunur.



Çərşənbə adəti Algeti kəndində 12 ildir unudulubmuş. Ancaq 2018-ci ildə mart ayında yerli fəal Samirə Bayramova bir neçə fəal vətəndaşla birgə öz mədəniyyətini qoruyub saxlamaq üçün ənənəni bərpa edib və od çərşənbəsini qeyd edib.

2010-cu ildə BMT-nin Baş Assambleyası Novruzu beynəlxakq gün olaraq elan etdi. 2009-cu ilin 28 sentyabr tarixində UNESCO Novruzu rəsmi olaraq bəşəriyyətin qeyri-maddi mədəni irslərinin siyahısına salıb. 2010-cu ildə Novruz bayramı Gürcüstanda ümumxalq bayramı kimi elan edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google