404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Teatrların açılmasına baxmayaraq “Era” teatrı yeni tamaşalarını nümayiş etdirilməsi üçün bir az daha gözləyir
Bu gün, 8 aprel tarixindən etibarən Gürcüstanda yerləşən teatrlar fəaliyyətlərini bərpa edirlər.

Hökumətin qərarına əsasən tamaşaçıların maksimum 50%-i tamaşaları teatrda izləyə biləcəklər. Teatrların işlərini bərpa etməklə bağlı qərarın qəbul olunmasına baxmayaraq, Tbilisi şəhərində yerləşən “Era” teatrı fəaliyyətə başlamır. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Tbilisi Azərbaycan Dövlət Dram teatrının keçmiş aktyoru, “Era” teatrının bədii rəhbəri Anar Rafiqoğlu verdi.

Aktyor ölkədə 3-cü dalğanın başlama ehtimalına görə hələ ki, bir neçə həftə fəaliyyətə başlamayacaqlarını bildirdi.

“Son zamanlarda vəziyyət elə də ürəkaçan deyil. Tez-tez deyirlər ki, məhdudiyyətlər qəbul oluna bilər. Bu çox böyük sual yaradır. Bir həftə sonra nə olacağı bəlli deyil. Biz bir az hər şeyin qaydaya düşməsini gözləyirik.”

Onun sözlərinə görə, birinci dalğanın olan zaman “Stand up” şousunun vaxtının təyin olunmasına baxmayaraq, ölkədə məhdudiyyətlər tətbiq olunmuş və şou təxirə salınmışdı.

“Məsələn biz oktyabr ayında Atoneli teatrı ilə danışıb hətta gün təyin etmişdik. Oktyabrda “Era” teatrının və mənim “Stand up” şoum olmalı idi. Günə qədər təyin etmişdik, amma elə oldu ki, aprel ayında qaydaların yenidən sərtləşdirilməsi elan olundu. Teatrlar da fəaliyyətini dayandırdı, karantin oldu. Bu səbəblə də biz bu gün bilet satıb, elan verib, yeni layihələr üzərində çalışıb, alınmadığı təqdirdə tamaşaçıları yenə məyus etmək istəmirik. Bu tamaşaçı ilə yanaşı bizə də mənfi enerji verir. Əziyyət çəkib hazırlaşırıq, enerjimiz gedir, amma sonra qərar qəbul olunur ki, qaydalar sərtləşdirildi və icazə yoxdur. Biz bilirik ki, yenidən məhdudiyyətlər olsa, yenə də ilk teatrlar bağlanacaq. Bu yayda da belə olmuşdu. Ölkədə yayda hər yer açıldı, amma sanki bir tək teatrlar virus mənbəyi idi, açılmadı. İndi vəziyyət daha kritikdir və biz bir neçə həftə gözləməli olacağıq.”

Anar Rafiqoğlu koronavirusun 3-cü dalğasının yayılma təhlükəsinin aradan qaldırılacağı təqdirdə “Era” teatrının fəaliyyətə başlayacağını dedi. Qeyd edək ki, “Era” teatrında hal-hazırda aktyorluq kursları davam edir. Rafiqoğlu fəaliyyətə başladıqları zaman yeni tamaşalarını təqdim etməyi düşündüklərini dedi.

FaceBook Twitter Google
დაიცავი დისტანცია