Etnik və dini azlıqların Parlament tribunasından səsləndirilən problemləri
23 iyun tarixində Xalq Müdafiəçisi Parlamentdə 2020-ci ilin insan hüquqları ilə bağlı hesabatını təqdim edib. Hesabat təqdim olunduqdan sonra Tariel Nakaidze Parlamentdə çıxış edib.

O, Xalq Müdafiəçisinin hesabatı ilə bağlı danışıb, etnik və dini azlıqların məsələsini diqqətə yetirib.

“Mən bu gün, öz çıxışımda etnik azlıqlarla bağlı problemləri, Gürcüstan hakimiyyətinin onlara münasibətini izah etməyə və daha da aydınlaşdırmağa çalışacağam. Qanunvericilik, icraçı hakimiyyət yaxud ümumiyyətlə, siyasi ritorika çərçivəsindəki yanaşma barədə danışacağam. Bu istiqamətdə bir neçə misal qeyd edə bilərəm. Birinci, Gürcüstanın Baş-naziri, Qaxarianın icraçı hakimiyyətdən çıxışıdır. O, Pankisiyə gedəndə, Pankisi sakinlərinə, bizim soydaşlarımıza müraciəti, eləcə də pandemiya dövründə o, bildirmişdi ki, Gürcüstan provoslav ölkəsidir. O, bu müraciətlə yanaşı çoxluğun dininə düzgün ibadət etməkdə, açıq şəkildə düzgün ibadət etməkdə dəstək oldu və eyni zamanda etnik azlıqları dini hissədəki müxtəlif istiqamətlərdə məhdudlaşdırdı.”

Parlament deputatı Daxili İşlər nazirinin Dmanisi hadisələri ilə bağlı çıxışını da xatırlayıb. Daxili İşlər naziri bildirmişdi ki, problemin həlli qonşu ölkənin strateji əlaqələri ilə əlaqədardır. 16 may tarixində, Dmanisidə məişət zəminində münaqişə başlamışdı. 17 may tarixində, bütün gün ərzində, iki etnik qrup – gürcü və azərbaycanlılar arasında münaqişə davam edirdi.

Tariel Nakaidze icraçı hakimiyyət nümayəndələri ilə birlikdə Parlament deputatlarının etdiyi diskriminasiya məzmunlu ifadələrini xatırlayıb.

“Misal üçün xanım Nino Tsilosani və Eliso Bolkvadzenin Dmanisi ilə əlaqədar çıxışlarını qeyd edə bilərəm. Onlar iki ölkə arasında barışdan danışırdılar. Həmçinin, Nino Tsilosani Buknari məsələləri barədə danışırdı ki, guya müsəlman və gürcüləri barışdırıblar. Bu münasibətlər çox mühümdür, çünki bu ümumiyyətlə bizim soydaşlarımız olan etnik azlıqlara qarşı yanaşmanı müəyyən edir.”


Deputat çıxışı zamanı qanunvericilik təşəbbüsünə də diqqət yetirib. Həmin təşəbbüsə əsasən, Gürcüstan Azərbaycanlıları Novruz bayramının istirahət günü elan edilməsini tələb edirdi.

“Gürcüstan qanunvericiliyində heç bir yerdə etnik  azlıqlarla bağlı mədəni narativ yoxdur. Gürcüstan Azərbaycanlıları artıq Novruz bayramının istirahət günü elan edilməsi ilə bağlı bizə müraciət ediblər. Mən düşünürəm ki, bunu dəstəkləməyimiz və gürcü qanunvericiliyində etnik azlıqların mədəniyyəti ilə bağlı ciddi faktlarımız olduğunu qeyd etməyimiz çox mühümdür.”

Nakaidze 2014-cü ildə təsis edilmiş "Dini Məsələlər Dövlət Agentliyini" vurğulayaraq qeyd edib ki, agentlik hazırda konstitusiya və münasibətlərin tənzimləyicisi deyil, dövlət və dini təşkilatlar arasında tənzimləyicidir. Agentlik nəzarət və dini fəaliyyətlərə müdaxilə mexanizmidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google