Marneulili sahibkarları Avropa İttifaqının dəstək mexanizmləri ilə tanış ediblər
Marneulidə ictimai təşkilatlar və biznes assosiasiyalar üçün Avropa İttifaqının dəstək mexanizmləri, tələbləri ilə bağlı seminar keçirilib.

Avropa İttifaqı-Gürcüstan biznes Şurasının icraçı direktoru Qiorqi Kaçarava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yerli təşkilatlara ümumi məlumat verilməsi ilə yanaşı, yerli fermerlərlə məlumat kampaniyasını hansı istiqamətdə keçirməli olduqları, həmin kampaniyada onları Avropa İttifaqının dəstəyinin nəzərdə tutduğu mexanizmlərlə tanış etmələri barədə də məlumat verilib.

“Bugünkü seminarda qida təhlükəsizliyi baxımından, eləcə də kənd təsərrüfatı məhsulları, industriya edilmiş, ərzaq olmayan bütün məhsullara əsas aksent edildi. Ümumi və konkret məlumatlar verdik. Hər hansı məhsul harada, hansı laboratoriyada testdən keçməlidir və eləcə də fermerlər üçün hansı dəstək tərəfləri mövcuddur”,-
Qiorqi Kaçarava bildirdi.

Avropa İttifaqı-Gürcüstan Biznes Şurası seminarlar üçün üç dildə, gürcü, azərbaycan və erməni dillərində bələdçi hazırlayıb. Bələdçi təşkilatın veb-səhifəsində yayımlanacaq.



Seminar iştirakçılarından biri, Marneuli Demokrat Qadınlar Təşkilatının rəhbəri Olqa Endeladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət məkanı barədə razılaşmaya əsasən, Gürcüstan qanunvericiliyində çox dəyişikliklər edilib. Gələcəkdə isə daha çox dəyişikliklərin edilməsi planlaşdırılır.

Marneulili sahibkarların isə yeni tənzimləmələr barədə məlumatı yoxdur.

“Bizim regionda real sahibkarlar üçün bu məlumat həqiqətən də əlçatan deyil. Görürəm ki, biznesmenlər, böyük və kiçik sahibkarlar üçün bu məlumatı əldə etmək mühümdür. Çünki onların sahəsi ilə əlaqədar müvafiq tənzimləmələr və məcburi tələbləri də əhatə edir. Mən əminəm ki, biznesmenlər əvvəl hansı tənzimləmələrin olduğunu dərk edəcək və bu mövzuda dərin işləmək lazımdır”,
- Olqa Endeladze bildirdi.

Seminar Avropa İttifaqı-Gürcüstan Binzes Şurasının təşkilatçılığı və Avropa Fondunun dəstəyi ilə keçirilib. Seminarın məqsədi ictimai təşkilatlar və biznes assosiasiyalarına Avropa İttifaqının dəstək mexanizmləri ilə bağlı məlumat çatdırmaqdır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google