Marnelidə “Avropalı Gürcüstan”-ın partiya siyahısının 35-ci
sırasında olan namizəd Marneulidə Dairə Seçki Komissiyasına onun
partiya siyashısından çıxarılması tələbi ilə müraciət edib.
“Avropalı Gürcüstan”-ın keçmiş üzvü Eldəniz Keçəlov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, partiyanı tərk etmək barədə
qərarı özü qəbul edib.
“Bu partiya ilə artıq beş ildir işləyirdim. Ancaq indi
işləmək istəmirəm. 2017-ci ildən seçkilərdə iştirak edirəm. Heç kim
heç nə deməyib, bu mənim şəxsi qərarımdır”, – Eldəniz
Keçəlov bildirdi.
Keçəlov partiyanı tərk etmək qərarı verməsinin səbəbini açıqlamadı.
Ancaq bildirdi ki, başqa partiyaya keçməyi planlaşdırmır.
Marneuli meri vəzifəsinə namizəd Əhməd İmamquliyev 35-ci sıradakı
namizədin “Avropalı Gürcüstan”-ın partiya siyahısından öz
namizədliyini çıxarmasını DTX-nın fəaliyyəti ilə əlaqələndirir.
İmamquliyev bildirdi ki, DTX partiyanın bütün üzvlərinə təzyiq
göstərməyə cəhd göstərib.
“Hamının yanına gediblər. Eldəniz bir dəfə təsdiq etdi
ki, kimsə onun yanına gedib, ancaq konkret kimlər olduğunu
vurğulamadı. Bu biz siyahını ictimailəşdirənə qədər olmuşdu. İndi
isə bunların hamısı təsdiq edir ki, hər şey DTX-nın işidir. Mən
daha çox DTX ilə əlaqələndirirəm. DTX-nın işi yalnız Eldənizlə
əlaqəli deyil, bütün zəif olan üzvlərlə əlaqəlidir. Hamının yanına
gediblər və düşünürəm Eldənizə təzyiq göstərə
biliblər”, – Əhməd İmamquliyev bildirdi.
İmamquliyevin sözlərinə görə, digər üzvlərin də partiyanı tərk
etməsi istisna deyil. Çünki seçkiqabağı dövrdə DTX siyasi
fəaliyyəti olanşəxslərin dayandırılmasına çalışır.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr
tarixində keçiriləcək.