“Gürcüstan naminə”-nin Marneuli qərargahının rəhbəri hakimiyyəti və DTX-ni partiyaya təzyiq göstərməkdə ittiham edir
“Gürcüstan naminə” partiyasının Marneuli qərargahının rəhbəri və partiya siyahısının birinci nömrəsi Davit Qurqenişvili partiya üzvlərinə təzyiq göstərilməsi faktından söhbət açıb.

Qurqenişvilinin sözlərinə görə, “Gürcü Arzusu” və DTX partiyanın iki üzvünü, Bələdiyyə Məclisi üzvlüyünə namizədlərini hədələyib və öz partiyalarına keçirib.

“Pozuntular olduqca çoxdur, təzyiq faktları da var. Konkret olaraq, bizim partiyanın iki üzvü təzyiq nəticəsində qərar verdilər və siyahıdan çıxmaqla bağlı ərizə yazdılar. Siyahının üçüncü nömrəsi Günay Etirmişli və siyahının beşinci nömrəsi, eyni zamanda Qullar-Kürtlər majoritar deputatlığına namizəd Səfər Piriyev də ərizə yazıb. Bəzi hallarda namizədin öz partiyalarına keçirilməsi , bəzi hallarda, məsələn, Günay Etirmişli ilə əlaqədar hədələmə də qeydə alınmışdı”,
– Davit Qurqenişvili bildirdi.

Qurqenişvilinin sözlərinə görə, “Gürcüstan naminə” partiyası, təzyiq faktlarına baxmayaraq Marneulidə seçkiqabağı kampaniyasını fəal şəkildə həyata keçirir.

“Bütün Bələdiyyənin inzibati ərazi vahidliyində görüşlərim olur. Dünən Kəpənəkçi, Tsereteli və Tamarisi inzibati ərazi vahidliyində oldum. Bununla yanaşı Marneulinin yaşıl bazarına getdik və əhaliyə özümüzü, partiyamızı təqdim etdik. Problemlər çoxdur. Dünən Yeni Dioqnisidə görüşdə idim. İçməli su problemləri var. Kəpənəkçidə isə suvarma suyu problemi mövcuddur. Əhali kənd təsərrüfatı ilə məşğuldur və su olmadan məhsul yetişdirmək mümkün deyil.”


Davit Qurqenişvili əhaliyə vəd verib ki, Bələdiyyə Məclisi üzvü olarsa, Marneuli bələdiyyəsində hələ də yarımçıq qalmış infrastruktur layihələrini başa çatdıracaq. Belə layihələrdən biri su təchizatı-kanalizasiya sisteminin tikintisidir. Həmin layihə ilə əlaqədar işçilər davamlı aksiyalar keçirir. Marneuli Mərkəzi stadiounun bərpa işləri isə indiki mərhələdə dayandırılıb.

Qurqenişvilinin sözlərinə görə, “Gürcüstan naminə” partiyası yeganə siyasi gücdür ki, siyasi arenada ədalətli və vicdanlı şəkildə mübarizə aparır. Məhz buna görə o, Marneuli Bələdiyyə Məclisinə düşmək üçün “Gürcüstan naminə” partiyasının sıralarında mübarizə aparmağa qərar verib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google