Yerli özünüidarədə ayrı-seçkilik - TDİ-ın araşdırmasının hesabatı
Tolerantlıq və Rəngarənglik İnstitutu (TDİ) araşdırma yayımlayıb. Araşdırma Gürcüstanda irqi ayrı-seçkiliyə - polis sistemində etnik azlıqlara və miqrantlara qarşı olan siyasətə, təcrübəyə aiddir.

Qeyd olunan araşdırma etnik azlıqların, miqrantların, hüquq-müdafiəçiləri və vəkillərin təcrübəsi əsasında Gürcüstanda, xüsusi ilə də hüquq müdafiə sistemində iqri ayrı-seçkilik təcrübəsini araşdırmaq məqsədi daşıyan ilk tədqiqatdır.

Araşdırma bir neçə istiqamətə aiddir. Onlardan biri diskriminasiya və dil maneəsidir:

Sorğuda iştirak edən müsahiblərin mühüm qismi qeyd edir ki, gürcü dilini bilmək irqi ayrı-seçkilik zamanı neqativ təcrübəni mühüm dərəcədə azaldır. Onlar bildirirlər ki, azlıq nümayəndəsi gürcü dilində danışdıqdan sonra polislərin yanaşmasının dəyişdiyi hallar olur.

“Xarici görünüşdən və geyimdən başa düşəndə ki, gürcü deyil, kobud danışmağa başlayırlar. Görəndə ki, gürcü dilində danışır yanaşmaları dəyişir. Əhali diskriminasiyadan çox buna qıcıqlanır”. (Etnik Azərbaycanlı müsahib, Kvemo Kartli)

Gürcüstanda yaşayan miqrantların, eləcə də etnik azlıq qrupu müsahiblərinin təcrübəsinə görə, gürcü dilini bilməmək mühüm problem olaraq qalır. Bu sonuncu faktor xüsusi ilə ümumi dövlət xidmətlərindən yararlanmağa, həmçinin, hüquqi strukturlarla əməkdaşlığa mane olur.
  • Sərhədi keçən zaman irqi ayrı-seçkilik
Etnik Azərbaycanlı müsahiblər sərhədi keçərkən irqi ayrı-seçkilik hallarından danışır. Onların “bazada qırmızı işarələnmə” səbəbindən problemləri yaranır.

“Bakıya getmək istəyirdim və sərhəddə biometric pasportumu verdim. Dedilər ki, size buraxa bilmərik, səbəbini bilmirik, bazada qırmızı göstərir. Mən dedim nə baş verir, məhkəməyə də çağırılmamışam. Sonra Marneuli polisinə müraciət etdim və dedim ki, Bakıya əməliyyat üçün getməli idim, ancaq dedilər ki, onlarda mənim haqqımda heç nə göstərmir. Sonra yenə getdim və yenə dedilər ki, buraxmayacaqlar. Mən açıqlama tələb etdim. Rəhbərin nömrəsini istədim və verdilər. Rəhbərlə danışdım və o, dedi ki, bazada qırmızı deyilmişəm. O zaman niyə buraxmırsınız dedim. Sonra gömrüyün qarşısında patrul ekipajına müraciət etdim və onlar da dedilər ki, qırmızıda deyiləm. 112, 124 də eynisini dedi”. (Etnik Azərbaycanlı müsahib, Kvemo Kartli)
  • Diskriminasiya və dövlət xidmətləri
Araşdırmanın nəticələrinə görə, müsahiblər irqi ayrı-seçkilikdən danışarkən polis qurumundan başqa tez-tez ümumilikdə dövlət və müxtəlif dövlət institutlarını qeyd edirlər. Kvemo Kartli və Samtsxe-Cavaxetidə yaşayan etnik azərbaycanlı, erməni müsahiblərin böyük qismi deyir ki, yerli özünüidarə “möhtəşəm” nümunədir. Onlar dövlət tərəfindən ayrı-seçkilik hallarını “gün işığına çıxarırlar”.

Onların əksəriyyəti yerli özünüidarə nümayəndələrinin onlara qarşı “biganə yanaşmasından” və “diqqətsizliyindən” söhbət açır. Onların fikrinə görə, yerli hökumətin “biganə yanaşması” tez-tez məlumat almaqda “uzadılan prosesdə” əks olunur. Onların sözlərinə görə, ictimai məlumatın, bir qayda olaraq yalnız gürcü dilində əlçatan olması məhz yerli hökumətin “biganəliyinin” nəticəsidir. Kvemo Kartli və Samtsxe-Cavaxeti yerli özünüidarələrinin rəsmi veb-səhifəsində yaxud sosial şəbəkədə məlumat yalnız gürcü dilində yayımlanır. Bu isə yerli etnik azlıqların vaxtında məlumat almasını mühüm dərəcədə çətinləşdirir.
  • Hüquq müdafiə sisteminə qarşı etimad
Sorğuda iştirak edən müsahiblər, hüquq müdafiə orqanlarına qarşı etimad bəsləmədiklərini xüsusi ilə qeyd edirlər. Sorğuda iştirak edənlərin mühüm qismi hesab edir ki, polislərin biganə yanaşması onların etimadının azalmasına səbəb olur və problemlərin “onlardan asılı olmayaraq, öz metodları ilə” həll edilməsini düşündürür. Samtsxe-Cavaxeti, Kvemo Kartlidə yaşayan etnik Azərbaycanlı və erməni əhalisi arasında etimad nisbətən aşağıdır. Daha artıq, onların qiymətləndirməsinə görə, yerli polis “DTX-nın əlindədir, bu isə hər şeyin mənasını itirir”.
  • İrqi ayrı-seçkiliyə necə qalib gələk – tövsiyələr:
“İrqi ayrı-seçkiliklə mübarizə uzun prosesdir və düzgün, aydın, icra olunan hüquqi bazaya əsaslanmalıdır. Araşdırma göstərdi ki, hüquqi yaxud siyasi müzakirə mövzüsü hələ də mühüm problem olaraq qəbul edilmir. Irqi ayrı-seçkilik probleminə qalib gəlmək üçün dövlətin uzunmüddətli plan hazırlamasını mühüm hesab edirik. Həmin plan normativ bazanın tamamlanmasını, polislərin peşə bacarıqlarının təkmilləşdirilməsini və ictimaiyyətdə etimada əsaslanmış ünsiyyəti əhatə edəcək. Beynəlxalq təcrübə və TDİ tərəfindən aparılmış araşdırmanın nəticələrini nəzərə almaqla, irqi ayrı-seçkilik probleminə qalib gəlmək üçün sonrakı istiqamətlərdə işləməyi mühüm hesab edirik: problemin tanınması, normativ baza və tənzimləmələrin hazırlanması, məlumatların toplanması, monitorinq və hesabatlılıq, polislərin hazırlanması, ünsiyyət, qoşulma”, – araşdırmada yazılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google