Zaur Darğallının bəyanatına görə, VMH Şulaveridə Saakaşvilinin qayıtması tələbi ilə yolu bağlayacaq
Parlamentin deputatı Zaur Darğallının bəyanatına görə, Marneulidə, Şulaveri inzibati vahidliyində “Vahid Milli Hərəkat”-ın təşkilatçılığı ilə Mixeil Saakaşvilinin Gürcüstana qayıtması tələbi ilə aksiya keçiriləcəyi və yolun bağlanmasının planlaşdırılması ilə bağlı məlumat yayılıb.


Bu gün, 27 sentyabr tarixində, Zaur Darğallı “Gürcü Arzusu”-nun Marneuli qərargahında keçirilmiş xüsusi brifinqdə bildirib ki, aksiyanın keçirilməsi və yolun bağlanması halında müvafiq xidmətlər vaxtında reaksiya göstərəcəklər.

“Bu Milli Hərəkat tərəfindən seçkiqabağı planlaşdırılmış təxribatların davamıdır. Bunu artıq praktiki olaraq hər gün Gürcüstanın müxtəlif regionlarında görürük. Marneulidə əhali ilə seçkiqabağı kampaniya çərçivəsində heç bir görüş keçirməyən partiya birbaşa təxribata əl atır. Qaranlıq qüvvələr aksiya çərçivəsində qanuna zidd hərəkətlər planlaşdırırlar. Onlar əhalidən istifadə etmək və mərkəzi şoseni bağlamaq istəyirlər”,
– Zaur Darğallı bildirib.

Darğallının sözlərinə görə, Şulaveridə aksiya keçirmək birbaşa sabitliyi pozmağa cəhd deməkdirdir. Çünki avtomobil yolunu bağlamaq əhalidə qarşıdurma yarada bilər. O, əhalini “Dağıdıcı müxalifətin” təşkil etdiyi mitinqdə iştirak etməməyə çağırıb. Milli Hərəkatı isə təxribatlardan çəkinməyə və hər gün seçki mühitini süni şəkildə pisləşdirmək cəhdindən uzaq durmağa çağırıb.

“Marneuli” radiosu “Vahid Milli Hərəkatın” Zaur Darğallının səsləndirdiyi ittihamla bağlı mövqeyini öyrənməyə çalışır.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçiriləcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google