Laşa Kveladze girov qarşılığında məhkəmə zalından azadlığa buraxılıb
5 oktyabr tarixində, Laşa Kveladzenin ilkin məhkəmə iclası keçirilib. Kveladze “Gürcü Arzusu”-nun Sadaxlıdan olan majoritar deputatı Rövşən İsgəndərova hücum etməkdə ittiham olunur.

Prokuror məhkəmə iclasında ilkin tədbir olaraq azadlıqdan məhrumetməni, müdafiə tərəfi isə iclasda Kveladzenin zaldan azad edilməsini tələb edib.
Məhkəmə qərarı ilə “Vahid Milli Hərəkat”-ın üzvü Laşa Kveladzeyə ilkin tədbir olaraq 4000 lari dəyərində girov təyin edilib.

“Əlbəttə, bu mənim üçün qəbuledilməzdir. Günahkar onlardır və məni tutublar, mənə girov təyin ediblər. Bugünkü hakimiyyətdə ədalət tapmaq olmaz, nə qərar veriblər hələ ki, onunla razılaşıram”
, – Laşa Kveladze bildirdi.

Prokurorluq Laşa Kveladzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsi ilə (sağlamlığa qismən ağır ziyan vurma) ittiham irəli sürüb. Həmin maddəyə görə bir ildən üç ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bələdiyyə Məclisinin Sadaxlı ərazi vahidliyindən majoritar deputatı Rövşən İsgəndərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə o, xəstəxanadadır. Çünki 30 sentyabr hadisəsindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranıb.

Laşa Kveladze Rövşən İsgəndərovun xəstəxanada olması faktının yalan olduğunu qeyd edir və bildirir ki, İsgəndərov ədalətdən qorxur. Çünki məhz Kveladzeni döymək məqsədi ilə o, özü təqib edirmiş və indi bu faktı gizlətməyə çalışır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google