Rövşən İsgəndərov bildirir ki, Laşa Kveladze ilə qarşıdurmasına görə, əməliyyat olunub
Bələdiyyə Məclisinin “Gürcü Arzusu”-ndan Sadaxlı ərazi vahidliyi üzrə majoritar deputatı Rövşən İsgəndərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 30 sentyabr tarixində baş vermiş qarşıdurmadan sonra cərrahi müdaxiləyə ehtiyac yaranıb.

“İndi İnqoroğva klinikasında yatıram. Əməliyyat olunmuşam və özümü pis hiss edirəm”, –
Rövşən İsgəndərov bildirdi.

İsgəndərov 3 oktyabr tarixində, üz nahiyəsində sümük sınıqlarına görə əməliyyat olunub. O, xəstəxanadan, güman ki, bu gün, 6 oktyabr tarixində evə buraxılacaq.

İsgəndərov 30 sentyabr tarixində Marneuli “Geo Hospitals” klinikasına yerləşdirilmişdi. Klinikanın rəhbəri “Marneuli” radiosu ilə söhbəti zamanı İsgəndərovun üz nahiyəsindən xəsarət aldığını bildirmişdi. Ancaq 1 oktyabr tarixində, öz istəyi ilə klinikadan çıxıb. İsgəndərov 1 oktyabr tarixində, “Marneuli” radiosuna bildirmişdi ki, seçkilər başa çatdıqdan sonra əməliyyat olunacaq.

30 sentyabr tarixində, Rövşən İsgəndərov və Laşa Kveladze arasında insident baş vermişdi. Bələdiyyə Məclisinin “Gürcü Arzusu”-ndan majoritar deputatı bildirmişdi ki, VMH-ın üzvü Laşa Kveladze ona hücum edib və onu döyüblər. Laşa Kveladze isə bildirir ki, Rövşən İsgəndərov və tərəfdaşları – təxminən 30 nəfərə yaxın adam ona hücum edib.

“Rövşən İsgəndərov qorxur ki, özü qanun qarşısında qalsın. Çünki mənə hücumu özü təşkil etmişdi və nələrisə uydurur. Guya vəziyyəti pis idi, guya seçicilərin yanında idi və mən ona hücum etmişəm. Hücum isə Dəmyə-Görarxıda baş verib və ora heç onun majoritar dairəsi də deyil. Qorxur ki, nələrə görə isə cavab verməli olsun və uydurur. Heç bir ciddi xəsarət almayıb”,
– Laşa Kveladze bildirdi.

Qeyd edək ki, Gürcüstan Prokurorluğu 30 sentyabr tarixində baş vermiş qarşıdurma ilə bağlı Laşa Kveladzeni ittiham edib. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsi ilə (sağlamlığa qismən ağır ziyan vurmaq) ittiham irəli sürülüb. Həmin maddəyə görə bir ildən üç ilə qədər həbs cəzası nəzərdə tutulur.

“Vahid Milli Hərəkat”-ın üzvünün ilkin məhkəmə prosesi 5 oktyabr tarixində keçirilib. O, 4000 lari girov qarşılığında məhkəmə zalından azadlığa buraxılıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google