Gürcüstan miqyasında seçkilərdə ən çox problem Marneulidə olub – “Beynəlxalq Şəffaflıq Gürcüstan”

“Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneulidə iki seçki məntəqəsinin nəticələrinin ləğvini tələb edir və bildirir ki, Gürcüstan miqyasında seçki zamanı ən çox problem Marneulidə olub.

“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın hüquqşünası Qiqi Çixladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ən ağır pozuntular Marneuli dairəsində qeydə alınırdı və təşkilatın müşahidəçilərinə şəxsi vəzifələrini yerinə yetirməyə də ən çox Marneuli dairəsində mane olublar.

“Dairə Seçki Komissiyasından Marneulinin iki məntəqəsinin nəticələrinin ləğvini tələb edirik. Ancaq onu da qeyd edim ki, Dairə Seçki Komissiyasında iclasların bir qismi dünən keçirildi və hesab edirik ki, onların bizim şikayətlərə verdiyi cavablar müvafiq deyil. Onlar problemləri etiraf etmirlər, dəlillərə göz yumurlar. Müvafiq olaraq şikayətləri, şikayətdə qeyd olunmuş arqumentləri və dəlilləri müzakirə etmirlər. Daha təfərrüatlı desəm, bizim əsas iki məntəqədə problemlərimiz var idi, ola bilsin, çox məntəqələrdə problem ola bilərdi. Ancaq bizim başqa yerdə müşahidəçimiz yox idi. Bu Marneulinin 7 və 13 saylı məntəqələri idi. Çox problem var idi. Ancaq bu məntəqələrdə əsas problem bu idi ki, adamlar bir dəfədən artıq səs verirdilər. Bəzi hallarda bütün nəzarətlərdən kənar içəri daxil olur və bir neçə dəfə səs verirdilər. Bunu isə bizim müşahidəçilər qeydə alıb.”

Qiqi Çixladzenin sözlərinə görə, “Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın müşahidəçisi seçki günü məntəqələrdə işləməkdə çətinlik çəkirmişlər. Çünki komissiya üzvləri onlara qarşı düşmən münasibəti bəsləyirmişlər. 7 və 13 saylı məntəqədə təşkilatın nümayəndələri polis də çağırıb və bir neçə komissiya üzvünə qarşı nizam-intizam öhdəliyi məsələsi də qoyulub. Ancaq Çixladze bildirdi ki, şikayətlərinin təmin olunacağını gözləmir.

“Dairə Komissiyası dəlillərin olmasına baxmayaraq, 7 saylı məntəqənin şikayətini artıq müzakirə edib və təmin etməyib. Təəssüf ki, digər şikayətləri də həmin dairə komissiyası müzakirə edəcək və bunu nəzərə alaraq, həmçinin, ötən illərin təcrübəsi də bizə optimist olmağa əsas vermir. Buna görə də, bizim şikayətimizin yenidən qeyri-müvafiq şəkildə müzakirəsini və təmin edilməyəcəyini düşünürük.”

“Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneuli Dairə Seçki Komissiyası tərəfindən onların tələblərinin təmin edilməməsi halında qərarı məhkəməyə şikayət etməyi düşünür.

Təşkilatın hüquqşünası bildirdi ki, əksər hallarda seçki komissiyasının üzvləri onların müşahidəçilərinə pozuntuları qeydə almaqda mane olurmuş və onlara qarşı aqressiv əhval ruhiyədə idilər. Foto/video çəkilişinə və müraciətlərin şikayət kitabçasında qeyd olunmasına imkan vermirmişlər.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google