“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın bəyanatına görə, Marneuli Dairə
Seçki Komissiyası, Rayon və Apelyasiya Məhkəmələri təşkilatın
Marneulidəiki məntəqənin nəticələrinin ləğv edilməsi ilə bağlı
tələbini təmin etməyib.
Təşkilatın bildirdiyinə görə, Marneuli 7 və 13 saylı seçki
məntəqələrində müşahidə missiyası çərçivəsində ağır pozuntular
aşkarlanıb. Onlar arasında seçicinin bir neçə dəfə səs verməsi
faktı da var.
“Bolnisi Rayon Məhkəməsində bu məsələni Qiorqi Qratiaşvili müzakirə
edəcəkdi. Tbilisi Apelyasiya Məhkəməsində isə işin hakimləri İrina
Zarkua, Tea Dzimistaraşvili və Nana Çiçileişvili olub. Dairə Seçki
Komissiyası hər iki instansiya məhkəmələri üçün pozuntunu əks
etdirən video dəlillər şikayətin təmin olunması üçün yetərli
olmayıb”, – TI-ın bəyanatında qeyd olunub.
TI-ın məlumatına görə, ümumilikdə, Dairə Seçki Komissiyaları və
müxtəlif İnstansiya Məhkəmələri “Beynəlxalq Şəffaflıq –
Gürcüstan”-ın heç bir mühüm şikayətini təmin etməyib. Təşkilatın
müşahidəçiləri seçki günü və sonrakı dövrdə seçki komissiyalarına
42 şikayət yazıb. Təşkilat Rayon Məhkəmələrinə 7 şikayət ərizəsi
verib.
Bir halda isə birinci instansiyanın qərarını Apelyasiya Məhkəməsinə
şikayət edib. Təşkilatın tələblərindən ümumilikdə, beşi, 4 şikayət
və 1 məhkəmə şikayəti təmin olunub. Həmin şikayətlərdə seçki
administrasiya üzvlərinə qarşı nizam-intizam tədbirləri görülməsi
tələb olunurdu. TI –ın Marneulinin iki məntəqəsinin nəticələrinin
ləğv edilməsi tələbi təmin edilən şikayətlər arasına düşməyib.