Marneuli uşaq bağçaları heyətlərinin əməkhaqqının artırılması planlaşdırılır, ancaq nə qədər artırılacağı məlum deyil
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 2022-ci ildən bağça heyətinin əməkhaqqının artırılması planlaşdırılır.

“Bizim ənənəmiz var idi ki, hər il əməkhaqqı artırdı. Ancaq pandemiyaya görə, bu dayandırıldı. Bu ənənəni olduğu kimi gələcəkdə davam etdirəcəyik. Əlavə vermək də ənənə idi. Elə il olub əməkdaşlar iki dəfə də əlavə alıblar. Ancaq indi pandemiyaya görə, əməkdaşlar evdə idi və buna görə, yalnız əməkhaqqı alırdılar.”

Uşaq Bağçaları Birliyinin rəhbərinin açıqlamasına görə, hələ ki, bağça heyətinin əməkhaqqının nə qədər artırılacağı məlum deyil.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə uşaq bağçaları heyətinin əməkhaqqısının artırılması ilə əlaqədar meriyada qərar qəbul edilməyib. Müvafiq olaraq, əməkhaqqının nə qədər artırılacağı məlum deyil.



Print ელ. ფოსტა
FaceBook Twitter Google