Marneuli bazarına dəymiş ziyanıın dörd günə hesablanacağı gözlənilir
Marneuli bazarında baş vermiş yanğının səbəbi və dəyən ziyanın miqdarı hələ ki, məlum deyil.

Bazar rəhbərliyindən “Marneuli” radiosuna bildirdilər ki, ziyanın hesablanması bitməyib və yekun cavab güman ki, 3-4 günə olacaq. Onlar alovun qarışıq mağazaların birindən yayıldığını güman edirlər.

“Ekspertizadan gəlmişdilər, araşdırma aparılır. Onların dediyinə görə, təxminən 3-4 günə nəticə çıxarılacaq. Ona qədər isə biz heç nə deyə bilmərik. Təxmini səbəb də qeyd edə bilmərik. Qarışıq mağazalardan biri qapalı idi və güman ki, alov oradan yayılıb”, – Erekle Naveriani bildirdi.

Marneuli bazarında yanğın 20 oktyabr tarixində, axşam saatlarında baş verib. Hadisə nəticəsində 9 mağaza yanıb. Onlardan 7 qab-qacaq, 2 isə paltar mağazasıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə əşyaya ziyan vurma və ya məhv etməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია