Marneulinin yeganə işıqforu sıradan çıxıb
Bu gün, 6 dekabr tarixində, Marneulinin yeganə işıqforu bütün gün ərzində söndürülüb.

İşıqforun sıradan çıxma səbəbləri hələ ki, məlum deyil.

Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, işıqforun sıradan çıxması ilə bağlı məlumatları var. Onlar bildirdilər ki, xüsusi qrup artıq hadisə yerindədir və işıqforun işləməməsinin səbəbini müəyyən edəcəklər. Güman ki, işıqfor sabaha qədər təmir olunacaq.

Marneulidə, Rustaveli küçəsində yeni işıqforlar ötən il düzəldilib. Marneuli meriyası 17 avqust tarixində, Marneuli şəhəri, Rustaveli və Ağmaşenebeli küçələrinin kəsişməsində yerləşən, yol hərəkətini tənzimləyən işıqforun qurulması/bərpa işləri üçün 57 745 lari dəyərində tender elan etmişdi. Tenderdə yeganə şirkət “Qzacvaredini” MMC iştirak edib və meriya onunla müqavilə bağlayıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google