Marneulidə iki klinikada mövsümi qripə qarşı peyvənd vurdurmaq mümkündür
Ölkədə mövsümi qrip noyabr ayından başlayır və may ayının ilk yarısına qədər davam edir.

Bu barədə Marneuli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. Onun sözlərinə görə, omikronla mövsümi qripi fərqləndirmək laboratoriya araşdırması olmadan mümkün deyil.

Laperadze əhalini tövsiyələrə riayət etməyə çağırdı və bildirdi ki, qrip peyvəndini Marneulinin iki ambulatoriyasında vurdurmaq mümkündür.

“Mövsümi qripə qarşı peyvənd bu gün də vurdurmaq mümkündür. Marneulinin iki klinikasında – “Geo Hospitals” Doğum Evi və “Mediks” klinikasında peyvənd vurdurmaq olar. Ona görə də istəyi olanlar peyvənd vurdursun. Dörd komponentlidir və insanı qismən koronavirusdan da qoruyur. Eləcə də əhalini mütləq maska taxmağa və ictimai yerlərdə olmaqdan çəkinməyə çağırıram”,
– Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri bildirdi.

Qrip peyvəndi insanı yalnız qrip virusunun üç aqressiv növündən qoruyur. Onlar əsasən bronxit, pnevmoniya, otit və s. çevrilir.

Mövsümi qrip peyvəndini 6 yaşdan yuxarı hər kəsin vurdurması yaxşıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google