Marneuli meriyası 2022-23-cü illərdə infrastruktur layihələrinə nəzarət üçün 1 250 000 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi 2022-23-cü illərdə infrastruktur obyektlərinin tikinti işlərinə nəzarət xidmətinə 1 250 000 lari ayırmağı planlaşdırır.

Marneuli meriyası tərəfindən elan edilmiş tenderə görə, qalib gələn şirkət 2022-23-cü illərdə Marneuli büdcəsindən maliyyələşdirilmiş dəyəri 50 000 laridən artıq olan infrastruktur layihələrinin monitorinqi həyata keçirməlidir. Eləcə də, şirkət 2022-2023-cü ildə başladılmış və işlər bitənə qədər çoxillik tikinti işlərinə nəzarəti təmin etməlidir.

Aşağıdakı infrastruktur layihələrində nəzarət həyata keçirilməlidir:
  • Yolların inşası/bərpası;
  • Su təchizatı və kanalizasiya sisteminin quraşdırılması/bərpası, (içməli su və onunla əlaqədar texnoloji hissə, suvarma, kanalizasiya sistemləri).
  • Körpülərin tikintisi/bərpası;
  • Tikililərin inşası/bərpası;
  • Parkların/həyətlərin salınması/bərpası;
  • İdman meydanlarının (mini stadionlar) tikintisi/bərpası;
  • Küçə işıqlarının quraşdırılması işləri;
  • Elektrik təmir işləri;
  • Təmir-bərpa-bərkitmə işləri;
  • Sahil bəndi, divar işləri (hidrotexniki tikililər).
Marneuli meriyası infrastruktur layihələrinin tikinti işlərinə nəzarət xidməti üçün tenderi 18 yanvar tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 13 fevraldan 18 fevrala qədər təkliflərini göndərə bilərlər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google