Marneuli meriyası 2021-ci il ərzində qonaqların qəbulu və müxtəlif tender xidmətlərinə 10 117 lari xərcləyib
Marneuli meriyası 2021-ci il ərzində qonaqların qəbulu və müxtəlif tender xidmətlərinə 10 117 lari xərcləyib. Sadələşdirilmiş müqaviləyə görə, il ərzində yerli özünüidarə 7 dəfə süfrə açıb. 5 dəfə “Sadğeqrdzelo” restoranı, 2 dəfə isə “Muğam” restoranı xidmət göstərib.

Meriya demək olar ki, ilin ən bahalı yeməyini iki dəfə sifariş verib.
2021-ci ilin 19 mart tarixində, Parlamentin sədri Arçil Talakvadze Marneuliyə Novruz bayramını təbrik etməyə gəlmişdi. Meriya qonaqlığa 1 678 lari xərcləyib. Yerli özünüidarə müxtəlif növ qida məhsullarını “KİLİM” MMC-dən alıb (“Muğam” restoranı). Qida məhsullarına tərəvəz dəstəsi, göyərti, pendir assorti, qovurma, turşu, dolma, paxlava, şəkərbura, qoğal və s. daxil olub.

Növbəti müqavilə 9 iyunda bağlanıb. Marneuli meriyası İsrail səfirinin qarşılanması üçün 1200 lari xərcləyib. Meriya fərdi sahibkar Vladimer Kimadze ilə sadələşdirilmiş müqavilə bağlayıb və süfrə “Sadğeqrdzelo” restoranında açılıb. Həmin gün meriya ən bahalı yemək çökə balığı (sterlet) sifariş verib (2 ədəd 300 lari).

Vladimir Kimadze ilə növbəti müqavilə “Sadğeqrdzelo” restoranında bağlanıb. 2021-ci ilin 22 iyun tarixində İqlimə Qarşı Davamlı Kənd Təsərrüfatı layihəsi çərçivəsində Marneuliyə 10 qonaq gəlib. Meriya isə qonaqlığa 734 lari xərcləyib.

Meriya 16 avqust tarixində Barış və Vətəndaş Bərabərliyi məsələləri dövlət naziri və digər dövlət şəxslərinin qarşılamağa 447 lari xərcləyib. Bələdiyyə qonaqlara nahar verməyi “KİLİM” MMC-yə (Muğam restoranı) tapşırıb.

Növbəti müqavilə 28 avqustda bağlanıb. Mariamoba bayramı ilə bağlı Marneulidə fəaliyyət göstərən ruhani şəxslərlə möminlərin Bələdiyyə Məclisinin majoritar üzvləri ilə birlikdə görüşü keçirilib. Meriya onlara nahar vermək üçün 2 534 lari xərcləyib. Süfrə yenidən Sadğeqrdzelo restoranında açılıb. Süfrənin ən bahalı yeməyi isə yenə çökə balığı (sterlet) olub. (8 porsiya – 320 lari).

Növbəti süfrə də Sadğeqrdzelo restoranında açılıb. 24 noyabr tarixində, Marneuli şəhərində Rustaveli küçəsində (kitabxana ərazisindəki park) XII əsrin tanınmış “pələng dərisi geymiş pəhləvan”ın müəllifi Şota Rustavelinin heykəli ucaldılıb. Açılışda Gürcüstanın tanınmış mədəniyyət və digər sahə nümayəndələri iştirak edib. Meriya 30 nəfəri qəbul etməyə 2 525 lari xərcləyib.

2021-ci ildə meriya daha bir xidmətə 999 lari ödəyib. Süfrə yenidən Sadğeqrdzelo restroranına sifariş verilib. Tender sənədlərində yazıldığına görə, 3 dekabrda Marneuli Bələdiyyə Məclisinin 8-ci çağırış iclasının üzvlərinə nahar verilməsi üçün meriya min lariyə qədər pul xərcləyib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია