Bir il ərzində plenar iclaslarda Darğallı iki dəfə, Mirzəyev isə bir dəfə çıxış edib
2021-ci il ərzində Gürcüstan Parlamentinin plenar iclası 62 dəfə keçirilib. Parlamentin Marneuli və Qardabanidən seçilmiş majoritar deputatı Zaur Darğallı iki dəfə, proporsional siyahı ilə seçilmiş deputatı Savalan Mirzoyev isə cəmi bir dəfə ölkənin ali nümayəndəlik orqanında mikrofonunu qurub.

“Flanq detektoru” Parlamentin 2021-ci ildə keçirilmiş plenar iclaslarında Gürcüstan Parlamenti üzvlərinin çıxış sayı barədə məlumat tələb edib. İl ərzində yalnız bir və ya iki dəfə səsini çıxaran deputatların siyahısına 8 nəfər düşüb: Savaln Mirzəyev, Aleksandr Tabatadze, Zaur Darğallı, İsko Daseni, Qoça Enukidze, Levan Kobiaşvili, Resan Kontselidze və Qoqi Meşveliani.

Savalan Mirzəyev partiya siyahısı ilə Gürcüstan Parlamentinin onuncu çağırışının üzvü olub. O, indiki mərhələdə həm də Prosedur Məsələləri və Qaydalar Komitəsinin üzvüdür. Mirzəyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müxtəlif məsələlərlə bağlı dəfələrlə şəxsən nazirlərlə söhbəti olub. O, düşünür ki, Parlamentdəki rəsmi şəkildə qeydə alınmış bir çıxış onun işləməməsi demək deyil.

“Mən Parlamentdə çox çıxış etmişəm. Ötən illərdə də çıxışlarım olub və çox məsələlər həllini tapıb. Bunu çıxış edib-etməmək üçün etmirəm, ancaq, əlbəttə, indi də çıxışları planlaşdırıram. Əgər konkret mövzum varsa və iclas zalında ictimai çıxış etməliyəmsə, edirəm, gələcəkdə də edəcəyəm. İndi əsasən torpaq qeydiyyatını gözləyirəm. Bildiyiniz kimi, bu məsələ həmişə maraqlıdır, əsasən bu problem kəndlərdə əhalini narahat edir. Baxaq, yeni-yeni tənzimləmələr, qanunlarla necə olacaq. Əgər bu istiqamətdə nə isə lazım olarsa, əlbəttə, edəcəyəm. Məktəblərlə bağlı da çıxışlar etmişəm. Məktəblərin direktorları yoxdur, çox çıxışlarım var, belə şifahi deyə bilmirəm. Elə hallar olur ki, iclas zalında çıxış etməli olmuram və nazirlərlə şəxsi görüşüm olur”, –
Savalan Mirzəyev bildirdi.

Majoritar deputat Zaur Darğallı Parlamentdə İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası, Regional Siyasət və Özünüidarə Komitəsinin üzvüdür. Bir il ərzində plenar iclaslarda iki dəfə çıxışı qeydə alınıb. Darğallı bizimlə söhbəti zamanı bildirdi ki, o, başqa komitə iclaslarında çox məsələləri müzakirə edib.

“Plenar iclasda iki dəfə olub və təbii ki, komitə iclaslarında məsələləri irəli sürürük. Xatırladığıma görə, biri təhsillə bağlı idi. Müəllimlərin imtahanı ilə əlaqədar olmuşdu. 2022-ci ildə də plenar iclasda çıxış etməyi düşünürəm. Orada əhalini, mənim majoritar olduğum dairəni narahat edən məsələlər müzakirə olunacaq. Bu istiqamətdə fəal işləməyə davam edəcəyik”.

Qeyd edək ki, Parlament üzvlərinin aylıq gəliri 4 624 laridən 6 740 lariyə qədər dəyişir. Əməkhaqqı Parlament üzvünün tutduğu vəzifəyə görə, dəyişir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google