2021-ci il ərzində Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzinə 30-a yaxın adam müraciət edib
2021-ci il ərzində Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzinin xidmətinə əsasən həddi büluğa çatmış şəxslər müraciət ediblər. Ancaq həddi-büluğa çatmamışlara zorakılıq əsası ilə də müarciət edənlər olub. Burada erkən evlilik və 18 yaşa çatmamış uşaqların nişanlanmasını nəzərdə tutulur.

Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzinin rəhbəri/sosial işçisi Eka Bedianaşvili “Marneuli” radiosunun məktubuna cavab olaraq bildirdi ki, 2021-ci il ərzində Böhran Mərkəzinə 30-a yaxın adam müraciət edib. Müraciətin əsası isə onların xidmətinə qoşulma və eləcə də tövsiyə idi.

“Əsasən, istinad Dövlət Qayğısı və Trefikinq Qurbanları, zərərçəkənlərə yardım agentliyinin Marneuli, Bolnisi və Tetritskaro Rayon Şöbəsinin sosial işçiləri tərəfindən, eləcə də Xalq Müdafiəçisi Aparatının Marneuli nümayəndəsi tərəfindən baş verirdi”, – Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzinin verdiyi məlumatda qeyd olunub.

Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzi benefisarların ehtiyaclarını qiymətləndirdikdən sonra onlardan xidmətələrə qoşulmağı tələb edir. Bunlar psixi-sosial bərpa/yardım; Hüquqi yardım (hüquqi məsələhət və vəkillik); ehtiyac olan halda tərcüməçi xidmətidir.

“Qeyd edək ki, ailədə zorakılıq halları zamanı ailə üzvləri, keçmiş, yaxud indiki həyat yoldaşı ilə psixoloji və hüquqi problemlər tez-tez baş verir. Bütün müraciətlərə adekvat reaksiya göstərilib və müvafiq xidmətlərə yönləndirilib”.

2021-ci il ərzində Böhran Mərkəzində fərdi müraciətlər də qeydə alınıb. Bu zorakılıq qurbanının özünün bilavasitə müraciətini nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია