Marneuli meriyası üç kənddə daxili dəmir/beton yolların çəkilməsi üçün 1 147 237 lari xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsinin üç kəndində dəmir/beton örtüklü daxili yollar çəkiləcək. Marneuli meriyası kəndlərə yol çəkilməsi üçün ümumi dəyəri 1 147 237 lari olan iki tender elan edib.

Birinci tenderə əsasən, dəmir-beton örtüklü yol Tserakvi və Sioni daxili yollarına çəkiləcək. Bunun üçün yerli özünüidarə 437 700 lari ayırıb. Sioni və Tserakvidə dəmir/beton örtüklü yolun çəkilməsinin layihə sənədlərinə görə, kəndlərdə ümumilikdə 6 hissədə daxili yol çəkiləcək.

“Obyektdə torpaq yol var və sıradan çıxıb. Çuxurlar var, yağış zamanı su ilə dolur, en və uzunluq profilləri pozulub. Yağışlı havada piyadalar və nəqliyyat vasitəsi ilə hərəkət edən sürücülərə narahatçılıq yaranır”, – layihə sənədlərində qeyd olunub.

Meriyanın elan etdiyi ikinci tenderə əsasən, Marneuli bələdiyyəsinin Qasımlı kəndində də daxili yolların çəkilməsi planlaşdırılır. Meriya bunun üçün 709 537 lari ayırıb.

“Qasımlı kəndində əsasən etnik azərbaycanlılar məskunlaşıb. Kəndlərdə heyvandarlıq və əkinçilik inkişaf edib. İndiki mərhələdə iki hissəsinin layihələşdirilməsi nəzərdə tutulub. Orada şərti olaraq 1 və 2-ci yol qeyd etmişik. 1-ci yol kəndin mərkəzindən başlayır və qərbə doğru yeni tikilmiş məktəb tərəfə gedir. Yolun uzunluğu 330 m-dir. 2-ci yol da həmçinin, kəndin mərkəzindən başlayır və cənub-şərqə doğru gedir. Yolun uzunluğu 450 metr təşkil edir. Layihə ilə nəzərdə tutulan daxili kənd yollarının ümumi uzunluğu 780 metr təşkil edir. Qeyd olunan yollar hər iki tərəfdən sıx məskunlaşıb, yaşayış evləri və hasarlar layihədəki yolla demək olar ki, bitişikdir. Müvafiq olaraq layihədəki yolun ölçüsündə böyük dəyişikliklər həyata keçirilməyəcək. Çünki layihə əhalinin köçürülməsini əhatə etmir”,
– Qasımlıda dəmir-beton örtüklü yolun salınma layihəsinin sənədlərində qeyd olunub.

Marneuli meriyası kəndlərdə dəmir/beton örtüklü yolun çəkilməsi işləri üçün tenderi 13 apreldə elan edib. Tenderlərdə iştirak etmək istəyən şirkətlər 30 apreldən 5 maya qədər təkliflərini təqdim edə bilərlər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google