Marneulinin “Modus” kollecinə 6 təhsil proqramına qeydiyyat 2 may tarixindən başlayacaq
Peşə müəssisələri proqramında təhsil almaq istəyənlər üçün qeydiyyat 2 may tarixindən başlayacaq.

Marneulidə "Modus" kollecində peşə proqramına qəbul elan olunacaq. "Modus" kollecinin meneceri Nino Mtvarelidze "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, bu gün, 15 aprel tarixində əhalinin məlumatlandırılması məqsədi ilə kollecdə meriya və Bələdiyyə Məclisinin nümayəndələri ilə görüş keçirilib.

"Bu gün Marneuli merini, eləcə də Bələdiyyə Məclisinin sədrini, onların müavinlərini dəvət etdik. Əsas odur ki, bizim hədəf auditoriya inzibati vahidliklərdə merin nümayəndələridir. Çünki biz gələcəkdə əhali ilə onların daha çox məlumatlandırılması üçün görüşməyi planlaşdırırıq. İstəyirik, peşə təhsili dövlət proqramından daha çox adam yararlansın", – Nino Mtvarelidze bildirdi.

Tələbələr üçün Modus kollecində təhsil proqramları pulsuzdur. Nino Mtvarelidzenin sözlərinə görə, hər proqram dövlət tərəfindən maliyyələşdirilir və buna görə tələbələr pul ödəməli olmurlar.

“Modus” kollecinin 2 may tarixindən 22 avqust tarixinə qədər qəbul elan etdiyi proqramların siyahısını sizə təqdim edirik:

• Meyvəçilik proqramı
• Tərəvəzçilik
• Uşaq bağçasının müəllimi
• Mühasibat uçotu
• Elektriklik
• İnformasiya texnologiyalarına dəstək


Marneulidəki “Modus” kollecinin menecerinin sözlərinə görə, müəyyən proqramlarda 15 yer var. Bəzi təhsil proqramlarında isə 30 yer mövcuddur.

“Peşə təhsili proqramlarına qəbulun ilkin şərtləri, eləcə də müddət fərqlidir. Bəzi proqrama 9-cu sinif attestatı ilə qəbul olmaq mümkündür. Məsələn, elektriklik, mühasibat, informasiya texnologiyalarına dəstək, meyvəçilik proqramları belədir. Mühasibat uçotu və dayə proqramlarında şəxsin 12-ci sinif attestatının olması vacibdir. Meyvəçilik proqramını vurğulamaq istəyirəm. Bu unikal proqramdır. Şagird 9-cu sinifdən çıxıb bizə qəbul ola bilər və üç il ərzində təhsil alacaq. Proqramı bitirdikdən sonra meyvəçilik üzrə peşə təhsili diplomu alacaq. Həmin diplom 12-ci sinif attestatına bərabər olacaq”.



Maraqlanan şəxslər peşə təhsili proqramlarına vet.emis.ge portalında qeydiyyatdan keçə bilərlər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google