Sosial sahibkarlıq üçün gənc səfirlər proqramına qeydiyyat başlayıb
“Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi” (CSRDG) “Dünya üçün çörək” və Avropa İttifaqının dəstəyi ilə gənclərə dəyişikliklərin təşəbbüskarı olmaq şəraiti yaradır. CSRDG sosial sahibkarlıq üçün gənc səfirlər proqramına qəbula başlayır.

3 may tarixində, saat 14:00-da Marneuli Mülki Məşğulluq Mərkəzində məlumat xarakterli görüş keçiriləcək. (Burada qeydiyyatdan keçə bilərsiniz). “Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi”-nin Kommunikasiya meneceri Mariam Caparidzenin bildirdiyinə görə, görüşdə sosial sahibkarlığın əhəmiyyətindən və gənclərin gələcək fəaliyyəti baxımından sosial sahibkarlığın perspektivlərindən söhbət açacaqlar. Dəvət olunmuş sosial sahibkarlar iştirakçılarla təcrübələrini bölüşəcəklər.

“Bizim proqram iki mərhələdən ibarətdir. Bu seçilmiş gənclərin keçəcəyi yay məktəbidir. Sonra isə layihə üçün müsabiqə elan olunacaq və onlar layihələrini təqdim edəcəklər. Öz regionlarında sosial sahibkarlıq barədə məlumatlandırma yollarını necə gördüklərini təqdim edəcəklər və sonra beşlik seçəcəyik. Onlara maddi dəstək göstərəcyik və layihələrin həyata keçirilməsinə kömək edəcəyik. Mən yerli gəncləri çağırıram ki, 3 may tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində bizə qoşulsunlar, görüşdə iştirak etsinlər. Bu yalnız proqram barədə məlumatlandırma olmayacaq. Biz çalışacağıq, sosial sahibkarlığım nə demək olduğu barədə məlumat çatdıraq. Əgər onların ekoloji və ya ictimai problemləri varsa, onların həllində iştirak etmək istəyirlərsə, sosial sahibkarlığı həmin problemlərin həlli yollarından biri kimi görmələrinə dəstək göstərəcəyik”,
- Mariam Caparidze bildirdi.

Sosial Sahibkarlıq üçün gənc səfirlər proqramının məqsədləri:

Gənclərin sosial sahibkarlıqla tanış olması

Gənclərin ətrafda mövcud olan sosial və ekoloji problemlərin həllində sosial sahibkarlıq barədə məlumatlandırma yolu ilə gənc liderlərin aşkarlanması, onların öz regionlarında sosial sahibkarlğı tanıtması məqsədi ilə maddi dəstək göstərməklə həvəsləndirilməsi (750 EUR).

Qrantların idarə edilməsi, donorlarla əməkdaşlıq və digər parktiki fəaliyyətlər istiqamətində gənclərin bacarığının inkişaf etdirilməsi.
Proqramda iştirak etmək üçün xərclər tamamilə Avropa İttifaqı və “Dünya üçün çörək” dəstəyi ilə maliyyələşdirilib.

Ərizələrin qəbulu 15 may tarixinə qədər mümkündür. Daha ətraflı məlumat almaq üçün linkə daxil olun.

Print ელ. ფოსტა
FaceBook Twitter Google