Kürtlər və Aşağı Qullar sakinləri bir ay əvvəl seldən ziyan çəkmiş piyada körpüsündən hələ də istifadə edə bilmirlər
Artıq bir aydır ki, Marneulinin Kürtlər və Aşağı Qullar kəndini birləşdirən piyada körpüsü sıradan çıxıb. 4 aprel tarixində güclü sel nəticəsində Xram çayı körpünün bir hissəsini aparıb.

Həmin körpü vasitəsi ilə Kürtlər və Aşağı Qullar əhalisi bir-biri ilə tez əlaqə saxlaya bilirdi. Çünki kəndlər çayın sahilində yerləşir. Bir aydır ki, iki kəndin əhalisi bir-biri ilə dolayı yolla əlaqə saxlayır. Dolayı yolun biri Şulaveri kəndindən, digəri isə Böyük Muğanlıdan keçir.

Kürtlərdən Aşağı Qullara Şulaveridən keçməklə getmək üçün maşınla 30 dəqiqə, Böyük Muğanlıdan isə 24 dəqiqə vaxt lazımdır. Qeyd edək ki, sıradan çıxmış piyada körpüsündən Kürtlər, Aşağı Qullar, Yuxarı Qullar, Qırıxlı və onların ətrafında yerləşən kəndlərin əhalisi də istifadə edirdi.

Bu gün, 3 may tarixində Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, bir halda, körpü təbii fəlakət nəticəsində sıradan çıxıb, onun təmir xərcləri büdcədə nəzərə alına bilməz. İndiki mərhələdə meriyada məsələ araşdırılır. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirirlər ki, araşdırmadan sonra, ehtiyacdan və meriyanın maliyyəsindən irəli gələrək müvafiq qərar qəbul olunacaq.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google