Marneuli meriyası 2021-ci ildə birdəfəlik pul yardımı verib
Marneuli yerli özünüidarəsi 2021-ci il ərzində yaşı 100-dən artıq olan 13 nəfər Marneuli sakininə 250 lari dəyərində birdəfəlik yardım verib.

Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Xidmətinin rəhbəri Qiorqi Meurmişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 2022-ci ilin əvvəlində yaşı 100-dən artıq olan beş vətəndaş artıq birdəfəlik yardım alıb.

Qeyd edək ki, 2022-ci ilin 14 mart tarixində Marneuli Bələdiyyə Məclisi sosial proqramlar istiqamətində dəyərin artırılmasını dəstəklədi. vətəndaşlar üçün birdəfəlik yardımların dəyəri artırıldı.

Bələdiyyə Məclisinin qərarından sonra yaşı 100-dən artıq olan Marneuli sakinləri 250 lari əvəzinə 400 lari alacaqlar. Qiorqi Meurmişvilinin “Marneuli” radiosuna bildirdiyinə görə, artıq 2022-ci ildə yardım almış vətəndaşlara yenidən 250 lari köçürüləcək. Çünki onlar meriyaya yeni proqram qüvvəyə minənə qədər müraciət etmişdilər. Meriyaya 2022-ci ilin 14 mart tarixindən sonra müraciət edən şəxslər isə birdəfəlik yardım olaraq 400 lari alacaqlar.

Yaşı 100-dən artıq olan Marneuli sakinləri meriyadan birdəfəlik yardım almaq üçün Marneuli meriyasının dəftərxanasına ərizə verə bilərlər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google