Kənan Ömərov Marneuli meri vəzifəsində ilk əmlak bəyannaməsini
yayımlayıb.
Marneuli merinin 2022-ci ilin 28 mart tarixində yayımladığı
bəyannaməyə görə, Ömərovun mülkiyyətində Sabirkənddə yerləşən 100
993 kv. m. torpaq sahəsi var. O, həmin sahəni 2016-cı ildə hədiyyə
olaraq əldə edib. Həmçinin, 2021-ci ildə icra hakimiyyətinin
arayışı əsasında əldə etdiyi, Sabirkənddə yerləşən 2677 kv. m.
torpaq sahəsinin 25%-i də Ömərovun mülkiyyətindədir.
Marneuli merinin həyat yoldaşı Samirə Balakişiyeva 2019-cu ildə
Tbilisi şəhərində yerləşən 80,7 kv. m. mənzili 50 000 dollara alıb.
Balakişiyeva, eləcə də, Marneulidə, Rustaveli küçəsində yerləşən
196 kv. M. kommersiya sahəsinin də ortaq sahibidir. Kənan Ömərovun
əmlak bəyannaməsinə görə, Balakişiyevaya qeyd olunan sahəni 2017-ci
ildə hədiyyə ediblər. Bəyannamədə hədiyyə edənin kimliyi qeyd
olunmayıb.
Ötən il olduğu kimi, Ömərov və həyat yoldaşı yenə də daşınan əmlaka
sahib deyillər.
Kənan Ömərovun yayımladığı əmlak bəyannaməsinə görə, o, 2021-ci
ilin 1 fevralından 31 dekabra qədər olan dövrdə, Marneuli meri
vəzifəsində olduğu zaman 26 222 lari 46 tetri maaş alıb.