Meriya ərazisinin bərpası üçün elan edilmiş tender yenə baş tutmayıb
Marneuli meriyası ərazisinin bərpa işləri üçün elan edilmiş tender iki dəfə baş tutmayıb. Bələdiyyə yerli özünüidarənin həyətinin yenidənqurma işlərinə ilk olaraq 2022-ci ilin 18 mart, ikinci dəfə isə 18 aprel tarixində cəhd göstərib. Hər iki cəhddə tender baş tutmayıb. Tenderdə heç bir şirkət iştirak etməyib. Meriya güman ki, işlər üçün ayrılmış 720 202 lari dəyərində tenderi yenidən elan etməli olacaq.

Meriyanın həyətinin yenidənqurma işləri layihəsinə görə, istirahət üçün yaşıllaşdırılmış məkanların yaradılması, stulların qoyulması, zibil qablarının yerləşdirilməsi və küçə işıqlarının dekorativ lampalarının qoyulması nəzərdə tutulub.

Meriya ərazisində iki avtomobil dayanacağı yaradılacaq. Meriyanın sol tərəfindən yerləşəcək avtomobil dayanacağı meriyanın qonaqları üçün, arxa tərəfində yerləşən dayanacaq isə əməkdaşlar üçün ayrılacaq.

“Ərazinin yenidənqurma layihəsi əhatə edir: mövcud səkilərin, daşların, asfalt döşəmənin, pilləkənin sökülməsini, bazalt və qranit səki daşlarından yeni cığırların qurulması, yeni asfalt qatının çəkilməsi. Ərazidə uzunillik ağacların əkilməsi ilə yaşıllaşdırılmış yerlərin bərpası həyata keçiriləcək. Bitkilərə dekorasiya quraşdırılacaq”, – layihə təklifində qeyd olunub.

Marneuli meriyası bərpa işlərinin dəyərini 100% ödəyir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google