Marneuli yerli özünüidarəsi qəzalı vəziyyətdə olan beş məktəbin
şagirdlərinin başqa məktəbə nəqliyyatla aparılması üçün
“Ekspress-Turistlə” sadələşdirilmiş müqavilə bağlayıb.
Beş məktəbin nəqliyyatla təmin edilməsi xidmətinə görə, Marneuli
Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanov Marneuli meri Kənan
Ömərova müraciət edib.
“Marneuli Təhsil Resurs Mərkəzi bildirir ki, Marneuli
bələdiyyəsinin 5 ictimai məktəbi qəzalı vəziyyətdədir və
şagirdlərin həyatı üçün təhlükəlidir. Buradan irəli gələrək,
alternativ məkan axtarmaq lazım gəldi, müvafiq olaraq beş məktəb
üçün alternativ məkan tapıldı.
Buradan irəli gələrək, ictimai məktəblərə nəqliyyatın ayrılması
proqramına qoşulmağa ehtiyac var”, – Resurs Mərkəzin
rəhbər səlahiyyətlərinin icraçısının məktubunda qeyd olunub.
Şagirdlərin nəqliyyatla təmin edilməsinin planlaşdırıldığı
məktəblər:
- Marneuli bələdiyyəsinin Ağməmmədli kənd ictimai
məktəbi;
- Marneuli bələdiyyəsinin Təzəkənd 2 saylı ictimai
məktəbi;
- Marneuli bələdiyyəsinin Kirovka ictimai
məktəbi;
- Marneuli bələdiyyəsinin İmir ictimai
məktəbi;
- Marneuli bələdiyyəsinin Böyük Bəylər ictimai
məktəbi;
Marneuli yerli özünüidarəsi və “Ekspress-Turist” MMC arasında
bağlanmış sadələşdirilmiş müqaviləyə əsasən, şirkət şagirdləri
2022-ci ilin 16 mayından 15 iyuna qədər olan dövrdə nəqliyyatla
təmin edəcək. Marneuli meriyası “Ekspress-Turist”ə bir ay ərzində
şagirdləri nəqliyyatla təmin etməsi qarşılığında 17 301 lari 65
tetri ödəyəcək.