Sabirkənd məktəbinin şagirdləri Qiorqi Çauçidzenin kitab qəhrəmanlarını canlandırıblar
Bu gün, 27 may tarixində Algeti İcma Mərkəzində Sabirkənd 1 saylı ictimai məktəbin şagirdləri kölgə teatrı keçiriblər. Tədbir həmin məktəbin gürcü dili müəllimi Salome Kirianın təşkilatçılığı ilə baş tutub. Müəllim deyir ki, şagirdlər kölgə teatrını Qiorqi Çauçidzenin “Böyük Nunu” kitabı əsasında təqdim ediblər.



Salome Kirianın sözlərinə görə, onun əsas məqsədi şagirdlərdə qeyri-formal təhsilə və maarifə dəstək olmaqdır.

“Biz Müəllimlərin Peşə İnkişafı Mərkəzinin çərçivəsində maarifləndirmə və qeyri-formal təhsil barədə təlimlər keçdik. Bunlar başa çatdıqdan sonra isə layihə həyata keçirməyə başladıq. Qiorqi Çauçidzenin “Böyük Nunu” kitabı əsasında düşündüm ki, uşaqlarda kitaba maraq oyadım. Gürcü dilində oxumağa başlasınlar. Bu kitab onların yaşına uyğundur. Şagirdlərə birbaşa, – gəlin, kitab oxumağa başlayaq – demək istəmədim. Kölgə teatrı ilə personajlarla tanışlıq düşündüm ki, şagirdlərdə maraq oyadım”.

Gürcü dili müəlliminin sözlərinə görə, tədbir davamlı xarakter daşıyacaq və şagirdlər həmin kitabın başqa fəsillərinin personajlarını müxtəlif fəaliyyətlərdə canlandıracaqlar. Prosesə yerli pedaqoqlar və valideynlər də qoşulacaq.
Print ელ. ფოსტა
FaceBook Twitter Google