Maradisi məktəb kitabxanasına 200-dən artıq kitab əlavə olunub
31 may tarixində Marneuli bələdiyyəsinin Maradisi ictimai məkəbində “bərabərlik guşəsi” açılıb.
Məkan BMT-nin Əhali Fondunun təşəbbüsü və Avropa İttifaqının dəstəyi ilə yaradılıb. Kitabxanaya 200-dən artıq kitab əlavə olunub və onların əsas mövzusu bərabərlik, tolerantlıq, insan hüquqlarıdır. BMT-nin Əhali Fondunun Kommunikasiya analitiki Salome Benidze deyir ki, təşkilat Gürcüstan miqyasında açılan 12-ci guşədir. Qeyd olunan təşəbbüs yeniyetmələrə və gənclərə müasir bəddi ədabiyyat vasitəsi ilə bərabəlik ideyası barədə daha çox öyrənmək şəraiti yaradır.

“BMT-nin Əhali Fondu üçün yeniyetmə qızların gücləndirilməsi mühüm prioritetlərdən biridir. Sevnirik ki, bu qeyri-adi kənddə yeniyetmələr bizim təşəbbüsə maraq göstərdilər. Eləcə də məktəb və müəllimlərin belə fəal qoşulması bizi sevindirir. Bu gün bizim təşəbbüsə Gürcüstan Futbol Federasiyası da qoşulub. Federasiyanın nümayəndələri məktəbin qızlardan ibarət futbol klubuna forma və oyun üçün ləvazimatlar veriblər. Bunun çox mühüm olduğunu düşünürük. Çünki bərabərlik məhz belə məsələlərdən başayır və bütün sahələri əhatə edir və əgər idmanda da qızların oğlanlar kimi əlçatanlığı olarsa, daha tez bərabər ictimaiyyət yaradacağıq”, - Salome Benidze bildirdi.

Gürcüstan Futbol Federasiyası təşəbbüsə qoşulub. Maradisi ictimai məktəbinin qızlardan ibarət futbol klubuna idman ləvazimatları veriblər. Federasiya nümayəndələri şagirdlərlə gender bərabərliyinin – qız və oğlanlara bərabər imkanların yaradılmasının əhəmiyyətindən danışıblar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google