Marneulinin üç kəndində daxili yollara asfalt qatı çəkiləcək
Marneuli bələdiyyəsinin Böyük Muğanlı , Beytarabçı və Xancığazlı kəndində daxili yollara asfalt qatının çəkilməsi planlaşdırılır.

Yerli özünüidarə işlərin həyata keçirilməsi üçün iki tender elan edib. Meriya Xancığazlı və Beytarabçıda yolun çəkilməsi üçün 1 182 621 lari xərcləməyi planlaşdırır. Böyük Muğanlıda isə tenderlə 440 055 lari nəzərdə tutulub.

Layihə çərçivəsində trasın bərpası və bərkidilməsi, çınqıl-qumlu qarışıqla üst qatın düzəldilməsi, mövcud dəmir boruların sökülməsi və çıxarılması, qayalı torpağın ekskavatorun bazasına quraşdırılmış qırıcı çəkiclərlə dağıdılması, dağıdılmış torpağın daşınması və s. planlaşdırılır.

Hər iki tenderdə iştirak etmək istəyən şirkətlər 24-29 iyun dövründə təkliflərini göndərə bilərlər.

Qalib şirkət müqavilə bağladıqdan sonra Beytarabçı və Xancığazlı kəndləri ilə bağlı 90 gün, Böyük Muğanlı kəndi ilə bağlı isə 60 gün ərzində işləri təhvil verməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google