Parlamentarilər etnik azlıqlara keyfiyyətli təhsilin əlçatanlığı üçün araşdırma aparırlar
Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəi Marneulidə görüş keçirib. 14 iyun tarixində, Marneuli Mülki Məşğulluq mərkəzində mülki sektorun nümayəndələri ilə etnik azlıqlar üçün keyfiyyətli təhsilin əlçatanlığını araşdırmaq məqsədi ilə tematik araşdırma aparılıb.

Təhsil və Elm Komitəsinin üzvü, Xatuna Kvitsiani hesab edir ki, belə tematik araşdlar nəticə verir. Çünki prolemlər yerində araşdırılır. Araşdırma başa çatdıqdan sonra etnik azlıqların keyfiyyətli təhsilə əlçatanlığının yaxşılaşdırılması məqsədi ilə tövsiyələr hazırlanacaq. Tövsiyələrin yerinə yetirilməsinə görə, müvafiq qurumlar məsuliyyət daşıyacaq.

“Biz məktəb direktorları, bağça direktorları, müəllimlə və prosesə qoşulmuş hər kəslə görüşdük. Problemlərin real olaraq eyni olması faktı xoşdur. Bu problemləri qruplaşdırmaq və identləşdirmək mümkündür. Bağça çatışmamazlığı problem müəyyən edildi. Eləcə də müəllimlərin ixtisası, iki dilli müəllimlər və s. problemlər də var. Düşünürük ki, belə tematik araşdırmalar nəticəlidir. Çünki problem yerində araşdırılır. Bu prosesə beynəlxalq təşkilat da qoşulub. Müvafiq olaraq, orada hər hansı qərəzlilik məsələsi istisnadır. Tövsiyələr ekspertin iştirakı ilə hazırlanacaq və sonra artıq nazirlikdə həmin tövsiyələrin monitorinqi aparılacaq. Biz artıq bu təcrübəni tətbqi etmişik”-
Xatuna Kvitsiani bildirdi.

Görüşdə iştirak edən Xocorni ictimai məktəbinin gürcü dili müəllimi Kamran Əfəndiyev bildirdi ki, nəticə əldə etmək üçün belə araşdırmalar aparmaq və problemlərin həlli yollarını müzakirə etmək mütləqdir.

“İllər ərzində bu proses birtərəfli aparılırdı. Biz, yerli sakinlər yerində mövcud olan problemləri yaxşı bilirik. İndi bu barədə ucadan danışmaq imkanımız var. Nəinki problemlər hətta onların həlli yolları haqqında da danışa bilərik. Belə görüşlər gələcəkdə də tez-tez keçirilməlidir ki, birlikdə həll yolları tapa bilək”-
Kamran Əfəndiyev bildirdi.

Vətəndaş İştirakı və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev hesab edir ki, keyfiyyətli təhsilin əlçatanlığı kimi baza problemlərə sistemli reaksiya göstərmək mütləqdir.

“İlk növbədə etnik azlıqların bu proseslərə birbaşa qoşulması və görüşlər problemlərin müəyyən edilməsi üçün çox mühümdür. Baxmayaraq ki, illərdir problemləri bilirik, dövlət çox sayda araşdırmalarda qeyd edilmiş problemləri həll etmək üçün mühüm olanı etmir.Məsələn, Dmanisidə 9 uşaq bağçası var. Ancaq heç biri etnik azərbaycanlıların məskunlaşdığı kənddə deyil. Məsələn, Bolnisidə 12 bağça fəaliyyət göstərir. Əlbəttə, Kvemo Kartli miqyasında, nepotizmlə başlamış təhsil keyfiyyəti ilə başa çatmış çox problem var. Mən demirəm ki, yalnız gürcü dilinin keyfiyyəti aşağıdır, ümumiyyətlə, təhsilin səviyyəsi aşağıdır.”


Qeyd edək ki, səfər çərçivəsində Kvemo Kartli regionunda yerləşən məktəblərin direktorları, müəllimlər və Təhsil Resurs Mərkəzininn rəhbərləri, eləcə də Marneuli bələdiyyəsində yerləşən peşə təhsil müəssisələri, uşaq bağçaları bilriyi və yerli özünüidarə nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər Milli Demokratik İnstitut (NDİ) dəstəyi ilə keçirilib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google